Balakəndə əməliyyat keçirildi: Saxlanılan var - FOTO - VİDEO

Hadisə 17 Avqust 2026 10:18
Balakəndə əməliyyat keçirildi: Saxlanılan var - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə olun

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 52 yaşlı Elman Balagözov saxlanılıb.

Ondan yaşadığı ünvanda, eləcə də rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 185 ədəd çətənə kolu və 21 kiloqram narkotik vasitə aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb, E.Balagözov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

FOTO QALEREYA
Oxunub : 116
ŞƏRH YAZ
Ad

E-mail

Şərh