Xəzər dənizinin adı dəyişib belə ola bilər – Ağlasığmaz ADDIM

“İranşəhri” adlandırılan fars millətçilərindən ibarət qrup Xəzər dənizinin adının dəyişdirilməsi məsələsini qaldırıb.
Avtosfer.az xəbər verir ki, İranda fəaliyyət göstərən bu millətçi qruplaşma “Xəzərin tarixi adının bərpası tələbi” adlı kampaniyaya başlayıblar.
İranda türk tənqidçilər hesab edirlər ki, bəzi fars millətçi cərəyanlarının “Xəzər” adını “Kaspi” və ya “Mazandaran” adları ilə əvəzləmək cəhdi sadəcə coğrafi ad seçimi deyil.
Onların fikrincə, bu cəhd türk tarixini əks etdirən izlərin silinməsi və ya zəiflədilməsi meyli ilə bağlıdır:
“Daha əvvəl keçirilmiş bir kampaniyada fars millətçiləri xəzərləri açıq şəkildə “işğalçı və anti-İran xalqı” adlandıraraq onların adının bu dənizdən silinməsini tələb etmişdilər. Bu cür ifadələr kampaniyanın millətçi mahiyyətini ortaya qoyur”.
Qeyd edək ki, “Xəzər” adı tarixdə mövcud olmuş türkmənşəli xəzər xalqının adından götürülüb. İran İslam Respublikasının rəsmi sənədlərində də əsasən “Xəzər dənizi” ifadəsindən istifadə olunur./globalinfo
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












