Tanınmış iş adamı VƏFAT ETDİ - FOTO

Türkiyənin tanınmış iş adamı, "Kahve Dünyası" və "Altınmarka" Qrupunun qurucusu Birol Altınkılıç 66 yaşında vəfat edib.
Avtosfer.az xəbər verir ki, Altınkılıç Monakoda doğum gününü ailəsi və nəvələri ilə qeyd etdikdən sonra Monte Karloda istirahət zamanı ürək tutmasından həyatını itirib.
Birol Altınkılıç 1992-ci ildə təməli qoyulan "Altınmarka" qrupunun inkişafında mühüm rol oynayıb. Şirkət illər ərzində kakao və şokolad istehsalında Türkiyənin aparıcı şirkətlərindən birinə çevrilib.
Altınkılıçın adı xüsusilə "Kahve Dünyası" brendi ilə tanınıb. 2000-ci illərin əvvəllərində İstanbulun Eminönü rayonunda ilk mağazası fəaliyyətə başlayan brend sonrakı illərdə sürətlə böyüyərək İngiltərə və Səudiyyə Ərəbistanı da daxil olmaqla müxtəlif ölkələrdə 200-dən çox mağazası olan beynəlxalq şəbəkəyə çevrilib.
"Kahve Dünyası" yalnız qəhvə məhsulları ilə deyil, həmçinin dondurma və un məmulatları ilə də tanınıb.
Türkiyə iş dünyasında tanınmış simalardan olan Birol Altınkılıçın vəfatı ailəsi, yaxınları və iş dünyası üçün böyük itki kimi qiymətləndirilib./nocomment.az
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












