Benzin və dizel mühərrikli maşınlarla vidalaşırıq: Elektromobillərə necə keçəcəyik?

Azərbaycanda daxili yanma mühərrikli (DYM) minik avtomobilləri mərhələli şəkildə istismardan çıxarılacaq. Bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, 2035-ci ilədək DYM donanmasının ilkin olaraq istismardan çıxarılmasının planlaşdırılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması, təşviq proqramları vasitəsilə onların tətbiqinin dəstəklənməsi nəzərdə tutulub.
2060-cı ilə qədər isə sərnişin avtomobil parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100%-ə çatdırılması planlaşdırılıb.
Sözügedən fəaliyyətlərin həyata keçirilməsi üçün stimullaşdırıcı tədbirlər də həyata keçirilə bilərmi?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov bildirib ki, Azərbaycanın 2060-cı ilə qədər xalis sıfır emissiya hədəflərinə və yaşıl keçid strategiyasına uyğun olaraq nəqliyyat sektorunda planlaşdırılan köklü dəyişikliklər daxili yanma mühərrikli minik avtomobilləri mərhələli olaraq istismardan çıxarılacaq.
Deputat əlavə edib ki, qeyd edilən müddətədək ölkədəki bütün sərnişin avtomobillərinin tamamilə elektrik və ya digər ekoloji təmiz enerji ilə işləməsi hədəflənir:

"DYM nəqliyyat vasitələrinin mərhələli şəkildə istismardan çıxarılması tamamilə reallaşacaq. Elektrikli avtomobillər hərəkət zamanı egzoz borusundan karbon qazı və digər zərərli qazlar ifraz etmir. Bu da qlobal istiləşməyə səbəb olan istixana qazlarının azaldılmasında kritik rol oynayır. Bildiyiniz kimi, şəhərlərdə hava çirkliliyinin ən böyük səbəblərindən biri nəqliyyatdır. Elektirikli avtomobillərin sayının çoxalması tənəffüs yolu xəstəliklərini azalmasına və şəhər havasını daha sağlam olmasına da müsbət təsir edəcək".
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə qeyd edib ki, 2060-cı ilə qədər avtomobil parkının tamamilə elektrik və ya alternatif enerji ilə işləyən nəqliyyat vasitələrinə keçirilməsi mümkün ola bilər:

"Təbii ki, bütün bunlar mümkündür. Lakin bu proses mərhələli aparılmalıdır və əhalinin maddi imkanları da nəzərə alınmalıdır. Elektromobillərin yayılması üçün enerji doldurma məntəqələri artırılmalıdır. Vergi güzəştləri, eləcə də digər sərfəli kredit imkanları yaranmalıdır. Yəni burada əsas məqsəd elektromobilləri vətəndaşlar üçün daha əlçatan etmək olmalıdır".
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir












