Avropanın yol mədəniyyəti türk sürücünü təəccübləndirdi - VİDEO

Avropada tır sürücüsü işləyən bir türk, irəlidə baş verən qəzaya baxmayaraq sürücülərin yol mədəniyyətinə və qaydalara riayət etməsinə heyran qaldığını bildirib. “On kilometrlik tıxac var, amma hər kəs ip kimi düzülüb gözləyir. Arxada da vəziyyət eynidir, heç kim öndə getməyə çalışmır”, – deyə sürücü vurğulayıb.
Avtosfer.az xəbər verir ki, Avropada nəqliyyat iştirakçıları, o cümlədən, yük maşını sürücüləri belə, tıxac vəziyyətlərində səbirli və qaydalara sadiq qalırlar. Sürücünün sözlərinə görə, bu davranış qəzanın qarşısını almaq, nizamı qorumaq və yol hərəkəti təhlükəsizliyini təmin etmək baxımından vacib sayılır.
Türkiyə vətəndaşı qeyd edib ki, bu cür mədəniyyət və nizam-intizam Avropada yol hərəkəti qaydalarına verilən önəmin göstəricisidir. Onun fikrincə, tıxac zamanı qaydanı pozmağa çalışan sürücülərə Avropada çox nadir hallarda rast gəlinir.
Bu müşahidə Azərbaycandakı və digər ölkələrdəki sürücülərə nümunə olmalı, yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün hər bir sürücü məsuliyyətli davranmalıdır.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












