Avtomobil idarə etmək üçün etibarnaməyə ehtiyac varmı? - VİDEO

Azərbaycanda Sovet dövründən qalma qaydalardan biri də avtomobili etibarnamə olmadan idarə etmək hüququnun olmamasıdır. Əgər şəxs hətta ən yanın qohumunun (ata oğlunun, ana qızının, əmi qardaşı oğlunun və s.) avtomobilini idarə etmək istəyirsə mütləq şəkildə etibarnamə almalıdır. Əgər bu olmazsa avtomobil cərimə meydançasına aparılmaqla şəxs 40 manat məbləğində cərimə olunur.
Dünyanın əksər ölkələrində etibarnamə anlayışı yoxdur. Sadəcə avtomobilin texniki şəhadətnaməsi var. Əgər sənin sürücülük hüququn varsa o zaman etibarnamə olmadan avtomobili idarə edə bilərsən.
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev hesab edir ki, etibarnamə məsələsi ümumiyyətlə ləğv olunmalıdır. “Əgər kimsə öz qohumuna 1 saatlıq avtomobil verirsə, hansısa təcili işi varsa buna görə niyə etibarnamə verməlidir ki? Əgər şəxs avtomovilinin itməsi, yaxud oğurlanması barədə müraciət etməyibsə o zaman bu lüzumsuz bir işdir.”
Sürücülər də bu məsələdən narazıdır. Sürücü Rasim İsmayılov deyir ki, bu anlaşılan deyil. “Nəyə görə oğluma avtomobili 1 saatlıq vermək üçün etibarnamə almalıyam? Buna n ehtiyac var axı? Düşünürəm ki, bu məsələ ləğv edilməlidir.”
Hüquqşünas Ərşad Hüseynov hesab edir ki, dünya praktikasında olan etibarnamə olmadan avtomobil idarə etmək məsələsindən Azərbaycanda da yararlanmaq mümkündür. Bunun üçün qanuna müəyyən dəyişikliklər etmək lazımdır. “Rusiyada, Gürcüstanda, Avropa ölkələrində avtomobilin texniki şəhadətnaməsinin olması kifayət edir. Çünki hamı bilir ki, həmin avtomobil qaçırılsaydı, yaxud başqa bir hadisə baş versəydi mütləq axtarışa verilərdi.”
Avtomobili digər şəxsin idarə etdiyi zaman törətdiyi hər hansı inzibati xətaya görə dünya praktikasında cərimə maşın sahibinin adına vurulur. Əgər həmin inzibati xətanı o törətməyibsə o zaman müvafiq dövlət qurumuna məktubla müraciət etməklə məsələ aradan qalxır.
Yəin ki, yaxın gələcəkdə ölkəmizdə də bu qaydalar tətbiq olunar.
Orxan
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












