Avtomobildə dəm qazından ölüm niyə baş verir? - Bunları bilmək VACİBDİR - DİQQƏT - FOTO

Ötən gün Füzuli rayonunda baş verən faciəvi hadisə cəmiyyətdə ciddi narahatlıq doğurub. Belə ki, 48 yaşlı kişi və onun 28 yaşlı qardaşıoğlu avtomobildə sobanı işlək vəziyyətdə saxladıqları üçün dəm qazından həyatlarını itiriblər. Hadisə bir daha göstərdi ki, avtomobildə istilik sistemindən düzgün istifadə olunmadıqda bu, ciddi və hətta ölümcül təhlükə yarada bilər.

Avtosfer.az xəbər verir ki, avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, bu tip hadisələrin qarşısını almaq üçün sürücülər avtomobildəki bəzi vacib funksiyalardan xəbərdar olmalı və onlardan düzgün istifadə etməlidirlər. Onlardan biri də resirkulyasiya düyməsidir. Resirkulyasiya düyməsi nə üçündür?

Avtomobil mütəxəssisi bildirir ki, resirkulyasiya düyməsi salonun havasını kənardan deyil, avtomobilin öz daxilindən dövriyyəyə buraxır. Bu zaman çöldən daxil olan çirkli hava, tüstü və normadan artıq dəm qazının salona girişi məhdudlaşdırılır. Qısa müddətdə salon daha tez isinir və çöldən gələn zərərli qazların təsiri azalır.

Sahil Ağabəyli onu da əlavə edib ki, avtomobil qapalı məkanda (qarajda, tuneldə) işlək vəziyyətdə saxlanıldıqda resirkulyasiya düyməsini aktiv vəziyyətdə saxlamaq təhlükəni qismən azaltmağa kömək edə bilər.
Bu istiqamətlərdə tıxaca son qoyacaq yolun tikintisi ilə bağlı SON DURUM - VİDEO
Qeyd edək ki, dəm qazı rəngsiz, qoxusuz və hiss edilməyən qaz olduğuna görə sürücülər təhlükəni çox vaxt gec anlayırlar. Bu isə faciə ilə nəticələnə bilər.

Könül Rauf
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












