Avtomobillərdə bu tövsiyələrə əməl edilməsə, yay aylarında qəza qaçılmaz olacaq - ARAŞDIRMA

İyun ayına qədəm qoyduqca, tətil və uzun məsafəli səfərlər planlayan sürücülərin qarşısında vacib sual dayanır: Avtomobil yay mövsümünə hazırdırmı?
Avtosfer.az xəbər verir ki, yay aylarında yüksək temperatur, uzun sürüşlər və sıx nəqliyyat şəraiti avtomobilin müxtəlif texniki hissələrinə ciddi təsir göstərir. Mütəxəssislər sürücülərə mühərrikdən təkərlərə, kondisionerdən akkumulyatora qədər hər sistemin yay üçün xüsusi yoxlanışdan keçirilməsini tövsiyə edirlər.
Havanın 30-40 dərəcəyə qədər yüksəldiyi yay aylarında asfaltın səthi daha da qızır. Bu da təkərlərin tez qızmasına, aşınmasına və mühərrikin tez qızmasına səbəb olur. Şəhərdaxili sıx tıxacı nəzərə alsaq, soyutma sistemləri və kondisionerin düzgün işləməsi xüsusilə önəm kəsb edir.

İsti havada təkərlərdə təzyiq artdığından partlama riski yüksəlir. Bu səbəbdən təkərlərin təzyiqi mütəmadi yoxlanmalı, qış təkərləri yay mövsümündə istifadə edilməməlidir. Təkərlərdəki çatlar, qabarcıqlar və diş dərinliyi də diqqətdən kənarda qalmamalıdır.
Kondisionerin qaz səviyyəsi və polen filtri yaydan əvvəl yoxlanmalıdır. Eyni zamanda, mühərrikin temperatur balansını qoruyan soyutma sistemində antifriz səviyyəsi, radiatorun təmizliyi və ventilyatorun işləkliyi yoxlanılmalıdır. Antifriz təkcə qışda deyil, yayda da vacibdir, çünki o, mayenin qaynama temperaturunu artırır və paslanmanın qarşısını alır.

Yüksək temperatur mühərrik yağının xüsusiyyətlərinə təsir edə bilər. Buna görə də mövsüm dəyişikliyində yağın səviyyəsi və keyfiyyəti yoxlanmalı, lazım olduqda dəyişdirilməlidir. Bundan əlavə, əyləc mayesi, sükan və transmissiya mayesi, şüşə yuyucu maye də nəzərdən keçirilməlidir.
Yayda batareyalarda elektrolit buxarlanması sürətlənir və bu da tutumun azalmasına səbəb olur. Xüsusilə kondisioner, radio və digər elektron sistemlərin yükü artdığı üçün batareyanın gərginliyi yoxlanmalı, zəiflik müşahidə edilərsə dəyişdirilməlidir.
Günəş şüaları avtomobilin daxili və xarici hissələrinə zərər verə bilər. Pəncərə plyonkaları, ön şüşə günəş qoruyucuları və boya qoruyucu vasitələr vasitəsilə daxili isitmə və UV təsirlərinin qarşısını almaq mümkündür.
Yola çıxmazdan əvvəl təkərlərin, bütün mayelərin səviyyəsi, faraların işləkliyi, sileceklər və kondisioner sistemi yoxlanmalıdır. Ehtiyat təkər, tibbi yardım çantası, xəbərdarlıq üçbucağı və digər zəruri avadanlıqlar da avtomobildə olmalıdır.
Eltac Zülfüqaroğlu
Bu yol qovşağında zolaq dəyişmək qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ – VİDEO
Yayda avtomobildə bu əşyaları saxlamaq təhlükəlidir – XƏBƏRDARLIQ
Uzun müddət park edilən avtomobilləri hansı təhlükələr gözləyir? – XƏBƏRDARLIQ
Piyada vurulmalarının qarşısını almaq üçün bu təcrübə tətbiq olunmalıdır – TƏKLİF – VİDEO
Qara rəngli avtomobillər günəş altında niyə daha çox qızır? – ARAŞDIRMA
Qəza şəraiti yaradan sürücülər də məsuliyyətə cəlb edilməlidir – TƏKLİF - VİDEO
Radarların yerini gizlətmək fayda verəcəkmi? - ŞƏRH
Qəzaların azalması üçün maraqlı təklif: Radarlar gizlədilsin - VİDEO
Azərbaycanda gizli yol polisi yaradılmalıdır? – Mütəxəssisdən TƏKLİF - VİDEO
Sürücülər qanundakı boşluqdan istifadə edir - MÜTƏXƏSSİS - VİDEO
Bakıda əyri zolaqlar sürücülər üçün risk yaradır? - İZAH - VİDEO










