Azərbaycanda piyadavurma hadisələri niyə azalmır? – Mütəxəssis AÇIQLADI - VİDEO

Piyadavurma hadisələrinin azalmasın mane olan əsas amillərdən biri piyadaların yol hərəkətinə məsuliyyətsiz yanaşmasıdır.
Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov danışıb. Onun sözlərinə görə, son dövrlər piyadaların davranışında təhlükəli “yeni mərhələ” müşahidə olunur:
“Bizə tez-tez sual verirlər ki, piyadavurma hadisələri niyə azalmır? Çünki piyadalar artıq yolun ortasında belə təhlükəni unudurlar. Elə hallar var ki, insanlar yolun hərəkət hissəsində dayanaraq selfi çəkir, ətrafda hərəkət edən avtomobilləri isə nəzərə almırlar”.
Elektromobilini şarj etdirmək üçün 2 saatdan çox gözləməli oldu - VİDEO
Mütəxəssis qeyd edib ki, yayılan görüntülərdə yolun ortasında özünü çəkən bir gəncin davranışı açıq şəkildə həyat üçün ciddi risk yaradır. Onun sözlərinə görə, bu cür məsuliyyətsizlik təkcə sürücülər üçün deyil, piyadaların özləri üçün də ağır nəticələrə səbəb ola bilər.
Aqil Rəhimov vurğulayıb ki, yol hərəkəti təhlükəsizliyi yalnız sürücülərin deyil, piyadaların da birbaşa məsuliyyətidir və hər kəs öz həyatını qorumağı birinci yerə qoymalıdır:
“Yol zarafat yeri deyil. Piyadalar da unutmamalıdır ki, bir anlıq diqqətsizlik həyatlarına son qoya bilər”.
Mütəxəssislər piyadalara yolun hərəkət hissəsində telefonla məşğul olmamağı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməyi və yol hərəkəti qaydalarına ciddi əməl etməyi tövsiyə edirlər.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












