Azərbaycanda yollara dronlarla nəzarət edilə bilər? – SABİQ DEPUTATDAN AÇIQLAMA - FOTO

Azərbaycanda yol hərəkətinə nəzarət əsasən stasionar kamera və radarlarla, həmçinin, patrul xidməti vasitəsilə həyata keçirilir. Lakin texnologiyanın sürətli inkişafı fonunda bəzi ölkələr artıq dronlardan yol hərəkətinə nəzarət üçün istifadə etməyə başlayıb. Dronlar vasitəsilə sürət həddinin aşılması, təhlükəli manevrlər, dayanma-durma qaydalarının pozulması və digər qayda pozuntularını real vaxt rejimində qeydə almaq mümkündür. Bu, həm də yol polisi əməkdaşlarının işini asanlaşdırmaqla yanaşı, nəzarətin effektivliyini artırır. Azərbaycanda da bu texnologiyanın tətbiqi üçün hüquqi baza, texniki təminat və operator hazırlığı vacibdir.
Bəs Azərbaycanda dronlarla yol hərəkətinə nəzarət yaxın gələcəkdə real ola bilərmi?
Mövzu ilə bağlı sabiq deputat İltizam Yusifov Avtosfer.az-a açıqlmasında bildirib ki, Azərbaycanda radar və digər nəzarət sistemləri kifayət qədər inkişaf edib:

“Dronların yol hərəkətinə nəzarət üçün tətbiqi məsələsində isə daha praqmatik yanaşmaq lazımdır. Bəzi hallarda bu texnologiyanın tətbiqi real nəticə verməyə bilər. Məsələn, yük maşınlarının tez-tez sol zolaqda hərəkət etməsi problemi var. Bu, həm qayda pozuntusudur, həm də yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir edir. Ancaq belə hallarda dronun faktiki olaraq təsir imkanları çox məhduddur. Sadəcə görüntü çəkməklə problemi kökündən həll etmək mümkün deyil.
Dronların tətbiqi Türkiyə kimi ölkələrdə müəyyən nəticə versə də, hər bir ölkənin yol infrastrukturuna, hüquqi bazasına və mədəniyyətinə uyğun spesifik yanaşma tələb olunur. Azərbaycanda artıq kifayət qədər stasionar radar sistemi, sürət ölçən avadanlıqlar və yol polisi postları mövcuddur. Hətta bəzi hallarda bizim ölkədə radar sayı Türkiyədən daha çoxdur. Türkiyədə stasionar post anlayışı demək olar ki, yoxdur, ancaq bizdə həm postlar, həm də reydlər daimi fəaliyyət göstərir. Bu baxımdan, bizdə dron tətbiqinə ehtiyacdan daha çox, mövcud nəzarət mexanizmlərinin effektivliyini artırmaq vacibdir”.

İltizam Yusifov əlavə olaraq qeyd edib ki, Azərbaycanda sürücü mədəniyyətinin formalaşdırılması və maarifləndirmə tədbirlərinin genişləndirilməsinə ciddi ehtiyac var.
“Həm sürücülər, həm də piyadalar yol hərəkəti qaydaları barədə kifayət qədər məlumatlı olmalıdır. Bu məsələdə KİV-lər, sosial media və dövlət qurumları tərəfindən vahid təbliğat strategiyası hazırlanmalı, maarifləndirici kampaniyalar həyata keçirilməlidir. Yol hərəkəti qaydaları məktəb dərsliklərinə salınmalı və uşaqlara bu biliklər erkən yaşdan öyrədilməlidir. Yalnız bu halda texnologiyanın dəstəyi ilə birgə effektiv və təhlükəsiz yol hərəkəti sistemi qurmaq mümkün olacaq”.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












