Bu səhvi təkrarlayan sürücülər qəzaya səbəb olur – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO

Paytaxt yollarında zolaqlar üzrə düzgün manevr etməmək yol hərəkətində ciddi risklər yaradır.
Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə müraciət edərkən bildirib. Aqil Rəhimov yayımladığı görüntülər üzərindən manevr qaydalarını izah edərək, sağ zolaqdan birbaşa orta zolağa dönməyin təhlükəli və qanun pozuntusu olduğunu bildirib. Onun sözlərinə görə, videoda əvvəlcə bir avtomobilin sağ zolaqdan orta zolağa birbaşa dönmə trajektoriyası görünür ki, bu da həm təhlükəsizlik baxımından risklidir, həm də inzibati məsuliyyət yarada bilər.
Məşqçi qeyd edib ki, daha sonra kurs tələbəsinin düzgün manevri nümayiş olunur:
“Sağa dönərkən sürücü əvvəlcə sağ zolağı tutur, güzgülərə baxır və yalnız yol şəraiti imkan verdikdən sonra orta zolağa keçir. Təcrübəli sürücülər də məhz bu cür hərəkət edir. Çünki bu, daha təhlükəsizdir”.
Aqil Rəhimov vurğulayıb ki, sol zolaqdan birdən-birə orta zolağa dönmək yol polisi tərəfindən saxlanılma və cərimə ilə nəticələnə bilər:
“Cəriməni ödəməklə məsələni həll etmək olar, amma qəza baş verərsə, bunun fəsadları daha ağır olur. Birdən-birə orta zolağa “tullanmaq” ciddi yol-nəqliyyat hadisələrinə səbəb ola bilər”.
Mütəxəssis sürücülərə tövsiyə edib ki, sağa dönüş zamanı mütləq sağ zolaqdan istifadə etsinlər, güzgülərə diqqət yetirsinlər və yalnız təhlükəsiz şərait yarandıqdan sonra digər zolaqlara keçsinlər:
“Bu qaydaya əməl etmək sizi qəzadan qoruyar və yol hərəkətində ümumi təhlükəsizliyi artırar”.
Qeyd edək ki, bu cür düzgün manevr qaydalarına əməl olunması həm sürücülərin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












