Bütün növ maşınları əlillərin sürə bilməsi üçün uyğunlaşdırmaq mümkündür? – USTA AÇIQLADI - FOTO

Avtomobil texnologiyalarının inkişafı fiziki məhdudiyyətli şəxslərin də müstəqil şəkildə nəqliyyatdan istifadə etməsini mümkün edib. Müxtəlif protez sistemləri, sükan və pedal mexanizmlərində dəyişikliklər, əl ilə idarəetmə sistemləri, səs və ya düymələrlə idarə olunan avadanlıqlar sayəsində əlil şəxslərin ehtiyaclarına uyğun fərdi nəqliyyat vasitələri hazırlanır. Bu dəyişikliklər xüsusi mütəxəssislər tərəfindən avtomobillərə tətbiq edilir və nəqliyyat vasitəsinin texniki təhlükəsizliyinə xələl gətirmədən əlil sürücünün rahatlığını təmin edir.
Hətta bəzi avtomobil istehsalçıları fabrikdən çıxan modellərdə belə, əlillər üçün xüsusi idarəetmə variantları təqdim edirlər. Bu isə o deməkdir ki, texniki baxımdan demək olar ki, istənilən avtomobil əlil sürücülər üçün uyğunlaşdırıla bilər.
Bəs görəsən, əlil üçün istənilən avtomobil onların sürməsi üçün uyğunlaşdırıla bilərmi?
Mövzu ilə bağlı əlil maşını ustası Malik Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, hər maşında bu proses cürbəcür alınır. Bəzən olur ki, əlilin hər iki ayağı işləmir, məcbur qalırsan tormuzu, qazı da əl ilə idarəetmə formasına salırsan:

“Yəni onun sağ əlində həm qaz olur, həm tormuz olur. Həm normal adam da sürə bilir, həm də əlilin özü sürə bilir.
Mexanikada ən çox muftanı keçiririk ələ, çünki bir ayağı ilə qazla, tormuzla istifadə edə bilir, onun bir ayağı olanda. Bəzilərində sağ ayaq olmayanda qazı sola keçiririk. Belə olanda əlillər razıdırlar, hər ikisini ələ keçirdəndə o, çox həssas olur.
Tormuz əlinin ortasında olur, elə bir kiçik sıxır, barmaqlarla da qaz verir, ona görə də çox həssas olur”.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












