Dəmir yolları ətrafında yaşayan sakinlərin maarifləndirilməsinə ehtiyac var – EKSPERT - VİDEO

Son 30 ildə ölkə əhalisinin sayındakı artım bir sıra sahələrdə yeniliklərin də tətbiqini zəruri hala çevirib. 1996-cı ildə əhalinin sayı təmxinən 7,6 milyon idisə, bu gün bu rəqəm 10,25 milyondur. Bu isə artıq 35% artım deməkdir. Əhalinin say artdıqca nəqliyyatdan istifadə intensivləşir, ölkədə avtomobil istehlakı sürətlənir. Bu da özü iə yeni tələblər ortaya çıxarmağa başlayır.
Avtosfer.az xəbər verir ki, nəqliyyatdan istifadənin intensivləşdiyi bir dövrdə insanların ən çox üz tutduğu vasitə məhz ictimai nəqliyyat olur. Məsələn, yanvar-aprel ayları ərzində Azərbaycanda avtobuslardan istifadə edən sərnişin sayı 606 milyondan çox olub. "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən bu ilin yanvar-aprel aylarında 3,5 milyondan çox sərnişin daşınıb. Təkcə aprel ayında bu say 1 milyonu keçib.
Dəmir yolları nəqliyyatın ən təhlükəsiz vasitələrindən ikincisi hesab edilir (birinci təyyarədir). Lakin bəzi hallarda bu təhlükəsizliyi pozan nüanslar da ortaya çıxır. Bunlar isə əksərən insan faktorundan yaranan nüanslardır. Ölkəmizdəki 2 milyona yaxın nəqliyyat vasitəsinin 85 faizi paytaxtın payına düşür.
Bu ilin 6 ayında respublikamızda 243 piyada vurma hadisəsi nəticəsində 126 nəfər həlak olub, 131 nəfər isə xəsarət alıb.
Dəmir yolunda baş verən 14 hadisə nəticəsində 7 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Dəmir yolu xətləri və keçidləri yaxınlığında daha çox evlər Bakıətrafı qəsəbələrdə tikilib. Buna görə də paytaxt və paytaxtətrafı ərazilərdə vətəndaşlarla görüşlər keçirilməsinə və onların keçidlərdən istifadə mövzusunda maarifləndirilməsinə ciddi ehtiyac var.
Nəqliyyat eksperti Elməddin Muradlı dəmir yolları ətrafında yaşayan sakinlərin maarifləndirilməsi məqsədilə Sumqayıtda olub. "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşları ilə birlikdə “Yaşıl dərə” və “Novxanı bağları” yaşayış massivlərinin sakinləri ilə görüşüb və onlarla söhbətlər aparılıb.
Söhbət zamanı sakinlərə yaxınlıqdakı yerüstü keçiddən istifadənin zəruriliyi vurğulanıb. O da müəyyənləşib ki, relslərin ətrafına çəkilən məftilləri vətəndaşlar vaxtaşırı qıraraq özlərinə qarşı tərəfə keçmək üçün alternativ yollar açırlar. Bu da nəticədə ağır qəzalara, ölümlərə, ən yaxşı halda xəsarətlərə və maddi zərərə səbəb olur.
“Biz həm də dəmir yollarının mühafizə zonasından danışırıq. Burada relslərin yaxınlığında hasarlanmış həyətlər var. Axırıncı relslə hesablasaq 5 metr məsafədə təxminən 5 metr məsafədə hasar var. Əslində isə dəmir yollarının mühafizə zonası 50-100 metr olaraq nəzərdə tutulur. Bəzən insanlar deyir ki, niyə imkan vermirlər biz burada tikdiyimiz evdə yaşayaq. Nəzərə almaq lazımdır ki, qatarlar hərəkət etdikcə ərazidə enerji tullantısı yaranır, küy vibrasiyası yaranır. Təbii ki, dəmir yolları ətrafında yaşayan insanlar kimlərinsə səhlənkarlığı ucbatından belə bir yerdə tikinti aparıblar. Bu tikililər illər əvvəlin işidir, indi amma vəziyyət daha ciddi hal alır. Çünki ailələr genişlənir, əhali artır. Eləcə də Bakıtrafı ərazilərə köç artır. Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə də bu layihəni dəstəklədiyinə görə təşəkkür edirik. "Azərbaycan Dəmir Yolları" QSC-yə bu şəraiti yaratdığı üçün minnətdarlığımı bildirirəm”.
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr" layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Müəllif: Səfər Əlizadə
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO










