Ərazisi bəzi Avropa paytaxtlarından böyük olan Bakıda niyə tıxac var? – Rauf Ağamirzəyev - FOTO

Şəhərlərdə nəqliyyat sıxlığı ilə bağlı müzakirələr fonunda diqqətçəkən yanaşma ortaya qoyulub.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, şəhərlərdə əsas problem sıxlığın özü deyil, onun necə idarə olunmasıdır. Onun sözlərinə görə, müxtəlif şəhərlərin ərazi və əhali göstəriciləri bu məsələnin mahiyyətini daha aydın şəkildə ortaya qoyur.

Ekspert qeyd edib ki, statistik göstəricilər də bunu təsdiqləyir. Belə ki, London şəhərinin ərazisi 1602 km², əhalisi isə 10,1 milyon nəfərdir. Paris 105,4 km² ərazidə 2 103 778 nəfər əhaliyə malikdir. Berlin isə 891,3 km² ərazidə 3 782 202 nəfər əhalini əhatə edir. Bakı şəhərinin ərazisi 2140 km², əhalisi isə 2 813 800 nəfərdir.
Rauf Ağamirzəyev bildirib ki, məsələn, Paris nisbətən kiçik ərazidə yüksək sıxlığa malik olsa da, güclü ictimai nəqliyyat sistemi, piyada yönümlü küçələr və funksiyaların düzgün paylanması sayəsində effektiv fəaliyyət göstərir. Eyni yanaşma London və Berlin kimi şəhərlərdə də müşahidə olunur. Bu şəhərlərdə sıxlıq nəqliyyat şəbəkəsi ilə balanslaşdırıldığı üçün gündəlik həyat ritmi qorunur.
Ekspertin sözlərinə görə, Bakıda isə vəziyyət fərqlidir. Paytaxtın ərazisi geniş və ümumi sıxlıq nisbətən aşağı olsa da, sıxlıq müəyyən nöqtələrdə cəmləşir. İş yerləri, yaşayış sahələri və xidməti obyektlərin bir-birindən uzaq yerləşməsi gündəlik uzun məsafəli hərəkətə səbəb olur ki, bu da tıxacların artmasına və vaxt itkisinin çoxalmasına gətirib çıxarır.

O əlavə edib ki, ictimai nəqliyyatın bütün ərazilərdə effektiv alternativə çevrilməməsi problemi daha da dərinləşdirir. Ekspertin fikrincə, şəhər planlaşdırılmasında əsas məqsəd sıxlığı azaltmaq deyil, onu düzgün idarə etmək olmalıdır.
Sonda Rauf Ağamirzəyev vurğulayıb ki, düzgün idarə olunan sıxlıq şəhərin iqtisadi aktivliyini artırır, nəqliyyat sistemini optimallaşdırır və daha rahat şəhər mühiti yaradır. Əks halda isə qeyri-bərabər inkişaf, tıxaclar və həyat keyfiyyətinin aşağı düşməsi qaçılmaz olur.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












