"İtirilmiş nömrələrlə bağlı qanunda dəyişikliyə ehtiyac var"– EKSPERT - VİDEO

Nəqliyyat eksperti Elməddin Muradlı “Avto FM”in efirində dövlət nömrə nişanları ilə bağlı mövcud mexanizmin dəyişdirilməsinin vacibliyindən danışıb.
Avtosfer.az xəbər verir ki, ekspert bu sahədə daha çevik və vətəndaş yönümlü yanaşmanın tətbiq edilməsinin zəruri olduğunu bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Baş Dövlət Yol Polisi rəsmi açıqlama verərək nömrələrdə çipə ehtiyac qalmadığını bəyan edib:
“Artıq çipə ehtiyac qalmır, çünki xüsusi texniki vasitələr nömrəni bu formatda da oxuya bilirdi. Ümid edirəm ki, növbəti mərhələ elə Toğrul bəyin dediyi mərhələ olacaq.
Amma bu artıq yol polisinin əlində olan məsələ deyil, buna parlament baxmalıdır. Vətəndaşın haqlarının qorunması üçün parlament düşünürəm ki, bu məsələyə baxmalıdır və deyək ki, simvolik bir cərimə tətbiq etməlidir”.
Ekspert təklif edib ki, itirilmiş nömrə nişanının bərpası üçün rüsum müəyyən edilməlidir:
“İtirilmiş nömrənin bərpası üçün 50 manat cərimə müəyyən olunsun – vətəndaş ödəsin, yeni nömrəni alsın. Mən sizi inandıra bilərəm ki, ən primitiv nömrələr üçün belə həmin 50 manat ödəniləcək. Görün, nə qədər yeni nömrənin hazırlanmasının qarşısı alınacaq”.
O, Bakıda mövcud nömrə kodlarının çoxalmasının əlavə problemlər yaratdığını da diqqətə çatdırıb:
“Ehtiyac qalmır 77, 87, 97, 99… Bakı ilə bağlı nə qədər kod var? 10 var, 90 var, 99 var, 77. İndi yəqin ki, 88 də çıxacaq, sonra başqa kodlar. İstanbulda isə təsəvvür edin, 34 illərdir qalır. Hərfləri artırırlar, rəqəmləri artırırlar, amma kod eyni qalır – 34. Necə gözəldir?!”
Elməddin Muradlı hesab edir ki, nömrə sistemi ilə bağlı normativlərdə müəyyən yumşalma edilməlidir:
“Bu məsələdə bir az boşluq yaratmağa ehtiyac var. Kəməri çox sıxmışıq, bir az boşaltmalıyıq ki, vətəndaş gəlib rüsumu ödəsin. Dövlət büdcəsinə də ciddi vəsait daxil olsun, vətəndaş isə rahat şəkildə öz nömrəsini alsın”.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












