Maşınlara etibarnamə verilməsi qüvvədən düşür? - Onu başqa sənəd əvəz edəcək

Azərbaycanda avtomobil idarə etmək üçün etibarnamə sistemi hələ də qüvvədədir.
Bu, vətəndaşlar üçün əlavə vaxt itkisi və bürokratik çətinliklər yaradır, həmçinin korrupsiya risklərini artırır. Sabiq maliyyə naziri, professor Saleh Məmmədov sosial şəbəkə hesabında bildirib ki, Azərbaycanda avtomobil idarə etmək üçün etibarnamə sistemi hələ də qüvvədədir və bu, vətəndaşlar üçün bir sıra çətinliklərə səbəb olur.
Dünyanın digər 192 ölkəsində isə belə bir sistem artıq ləğv edilib və avtomobil idarə etmək üçün yalnız sürücülük vəsiqəsi və avtomobil sənədləri kifayət edir. O, həmçinin qeyd edib ki, Azərbaycan istisna olaraq bu sistemi qoruyub saxlayır və gündəlik praktikada tətbiq edir.
Bu, vətəndaşlar üçün xərclərin artmasına, vaxt itkisinə və narazılığa səbəb olur. Etibarnamə kimi köhnəlmiş və formal prosedurların ləğvi, xərclərin isə onlayn şəkildə dövlət büdcəsinə yönəldilməsi həm vətəndaş, həm də dövlət üçün daha sərfəlidir.
Azərbaycanda bu qaydanın aradan qaldırılması nə dərəcədə realdır?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, onlayn avtomobil paylaşımı etibarnaməni artıq lazımsız edir:
“Bizim ölkəmizdə "car sharing", yəni avtomobil paylaşımı layihəsi artıq fəaliyyət göstərir. Burada istənilən şəxs mobil tətbiq vasitəsilə distant, onlayn olaraq təklif olunmuş maşını kirayə götürə bilir. Bu zaman hər hansı yazılı etibarnaməyə də ehtiyac olmur. Artıq bu sistem ölkəmizdə mövcuddursa, bu, o deməkdir ki, etibarnamələr ləğv edilə, sadəcə hüquqi şəxslərdə, yəni şirkət maşınlarında bu sistem qala bilər. Şirkət avtomobilləri öz əməkdaşlarına etibarnamə ilə və ya digər vasitələrlə təqdim oluna bilər”.
Onun sözlərinə görə, fiziki şəxslər arasında etibarnaməyə ehtiyac qalmayıb:
“Düşünürəm ki, fiziki şəxslər arasında etibarnamə verilməsi artıq keçmişdə qalıb. Texnologiyalar inkişaf edib və bu səbəbdən artıq etibarnaməyə ehtiyac yoxdur. Hesab edirəm ki, qanunvericilikdə də bununla bağlı dəyişiklik edilməlidir. "
Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə bu istiqamətdə dəyişikliklər olunmalıdır”.
Ekspert qeyd edib ki, hazırda qüvvədə olan yol hərəkəti ilə bağlı qanunvericilik müasir texnologiyalara uyğun yenilənməlidir:
“Ümumiyyətlə, nəzər yetirdikdə görürük ki, hazırda qüvvədə olan “Yol hərəkəti haqqında” Qanun və İnzibati Xətalar Məcəlləsi bir çox hallarda köhnə Sovet dövründən qalan hüquqi normaların təkrarından ibarətdir.
Bu səbəbdən də bu qanunlara yenidən baxılmalı və müasir dövrün reallıqlarına uyğun əlavələr edilməlidir. Dövr dəyişir, yeni texnologiyalar meydana çıxır. Etibarnamələrin ləğv edilməsi də məhz bu dəyişikliklərə uyğun atılacaq addım olardı”. (cebhe.info)
Kişi sürücülər qadın sürücüləri görəndə niyə əsəbiləşirlər? – Mütəxəssisdən maraqlı ŞƏRH - VİDEO
Lüks avtomobil almaq əvəzinə sürməyi öyrənin: Mütəxəssisdən sərt XƏBƏRDARLIQ - VİDEO
İnkişaf etmiş şəhərlər niyə ictimai nəqliyyata üstünlük verir? - Ekspert AÇIQLADI
Bayramda uzaq yola çıxanlara DYP-dən çağırış; bu qaydalara əməl edin - VİDEO
Yol vermək bəzi sürücüləri niyə qorxudur? – Mütəxəssisdən AÇIQLAMA - VİDEO
Torpaq sahələrindən səmərəsiz istifadə; Bakıda bu amil tıxaca səbəb olur? – EKSPERT
“Azərbaycanda sürücü piyadadan qorxur” – Mütəxəssisdən sərt AÇIQLAMA - VİDEO
Avtobus zolağı ilə hərəkətə hansı hallarda icazə verilir? – EKSPERT AÇIQLADI – VİDEO
Dayanma zamanı bu səhv ölümcül nəticələrə səbəb ola bilər – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Dönmə və zolaq dəyişmədə sürücülər hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS - VİDEO
Bakı küçələrindəki velosiped zolaqları nə işə yarayır? – RƏSMİ STATİSTİKA










