Ölən şəxsin kreditini ailə üzvləri hansı halda ödəməməlidir? – EKSPERTLƏRDƏN AÇIQLAMA - FOTO

Kredit borcu olan şəxs rəhmətə gedir, ailəsi isə bu vəziyyətdə nə edəcəyini bilmir.
Qalan borc ailənin üzərinə əlavə yük gətirir. Bəs bu halda nə baş verir? Rəhmətə gedən şəxsin götürdüyü kredit borcu kimə keçir? Borc hansı hallarda silinə bilər?

Məsələ ilə bağlı hüquqşunas Ramil Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, borc o halda silinə bilər ki, kredit sığortalı olsun:
"Qeyd olunan sığorta növü icbari deyil, vətəndaşlar bu sığortanı könüllü şəkildə həyata keçirirlər. Bu sığortanın əsas məqsədi borclunun həyatının sığortalanmasıdır. Yəni, əgər borc alan şəxs vəfat edərsə, onun kredit öhdəlikləri sığorta şirkəti tərəfindən tam şəkildə bank qarşısında ödənilir. Bu halda vərəsələr həmin borca görə heç bir məsuliyyət daşımırlar".
Hüquqşünas vurğulayıb ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən, əgər borclu kreditor qarşısında öhdəliklərini icra etmədən vəfat edərsə və onun vərəsələri borclunun əmlakını qəbul edərlərsə, həmin vərəsələr həmin əmlakın həcmi və pay nisbəti qədər məsuliyyət daşıyırlar:
"Məsələn, borclunun əmlakı 5 manat, kredit borcu isə 10 manatdırsa, vərəsə yalnız 5 manatlıq əmlak çərçivəsində məsuliyyət daşıyır. Yerdə qalan 5 manatlıq borc hissəsi isə vərəsə tərəfindən qəbul edilmədiyi üçün ona aid edilmir".

Məsələ ilə bağlı İqtisadçı ekspert Eldəniz Əmirov saytımıza bildirib ki, dünyasını dəyişən şəxs həyat sığortası ilə təmin olunubrsa, onun ardından yaranan borclar sığorta şirkəti tərəfindən ödənilir.
"Lakin əgər bu şəxs həyat sığortasından istifadə etməyibsə, onda onun borclarına görə ailə üzvləri və ya qanuni mirasçıları məsuliyyət daşıyırlar. Çünki mərhumun götürdüyü kredit vasitəsilə aldığı əmlak məsələn, ev, maşın və ya sərf etdiyi biznes kimə miras qalırsa, həmin əmlakla yanaşı, onunla bağlı olan borc öhdəlikləri də həmin şəxsə keçir".
Qeyd edək ki, bu məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306-cı maddəsində öz həllini tapıb.
Fidan
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












