Ötmə zamanı avtomobil bir tərəfinin boş olmasına diqqət edin – Sürücülərə TÖVSİYƏ - VİDEO

Yollarda təhlükəsizliyin təmin olunması üçün sürücülərin davranışına xüsusi diqqət yetirilməlidir.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov “AvtoFM” radiosunun efirində çıxışı zamanı sürücülərə vacib tövsiyələr verib.
Məşqçi bildirib ki, həyatda tək qalmaqla yolda tənhalıq anlayışları fərqlidir. Onun sözlərinə görə, yolda tənhalıq, yəni ətrafda digər nəqliyyat vasitələrinin az olması sürücü üçün ən təhlükəsiz və rahat vəziyyətlərdən biridir. Çünki avtomobil ətrafında nə qədər az nəqliyyat vasitəsi olarsa, qəza riski də bir o qədər azalır.
Aqil Rəhimov sürücülərə tez-tez ötmə manevrlərinə getməməyi tövsiyə edib. O qeyd edib ki, bəzi sürücülər yolda yavaş hərəkət etsə də, hansısa avtomobili ötəndə qəfil sürət artırır. Bu isə təhlükəli vəziyyət yaradır və sürücüləri həm yol-nəqliyyat hadisəsinə, həm də radar cərimələrinə yaxınlaşdırır.
Maşındakı bu funksiyanı qışda aktivləşdirməyin, görmənizə təsir edir - ARAŞDIRMA
Məşqçinin sözlərinə görə, sürücülər mümkün qədər yanlarında avtomobil saxlamamalıdırlar. Ən vacib təhlükəsizlik şərtlərindən biri sağ və ya sol tərəfin ən azı birinin boş olmasıdır. Xüsusilə ötmə zamanı bu məsələ həyati əhəmiyyət daşıyır.
Aqil Rəhimov bildirib ki, ötmə zamanı qarşı tərəfdə gözlənilməz maneə yarandıqda, digər sürücü çox vaxt düzgün reaksiya verə bilmir və instinktiv olaraq sükanı ötən avtomobilin üzərinə çevirə bilər. Belə hallarda, əgər sürücünün hər iki tərəfində avtomobil varsa, o, iki maşının arasında “konserv bankası” kimi sıxışıb qala bilər.
Məşqçi qeyd edib ki, bu cür vəziyyətlər “tələ” adlanır və sürücülər bu tələlərə düşməməlidirlər. Onun sözlərinə görə, orta yüklənmiş yollarda iki avtomobilin arasına sıx girib ötməyə çalışmaq düzgün deyil. Belə məqamda sürücü qazdan ayağını çəkməli, aradakı məsafəni açmalı və yalnız bir tərəfi tam boş olduqdan sonra ötmə manevrinə başlamalıdır.
Aqil Rəhimov daha bir təhlükəli “tələ” nümunəsinə də toxunub. Bildirib ki, yolun kənarında piyada dayandığı halda, sürücünün piyada ilə digər avtomobil arasında sıx manevr etməsi ciddi risk yaradır. Xüsusilə telefonla danışan və diqqətsiz olan piyadaların qəfil yola çıxması sürücünü çıxılmaz vəziyyətdə qoya bilər. Bu zaman sağda avtomobil, öndə piyada olduqda qaçış yolu qalmır.
Məşqçi vurğulayıb ki, belə hallarda da sürücü səbirli davranmalı, qazdan ayağını çəkməli, təhlükəli zonanı tərk etdikdən sonra hərəkətini davam etdirməlidir.
Sonda Aqil Rəhimov qeyd edib ki, təhlükəsiz sürücülüyün əsas prinsiplərindən biri həmişə “qaçış yolu”nun olmasıdır. Yəni sürücünün sağında və ya solunda mütləq boş sahə qalmalıdır ki, gözlənilməz vəziyyətdə manevr edərək qəzanın qarşısını ala bilsin.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












