Qızdırılan avtomobil oturacaqları hamilə qadınlarda xəstəlik yaradır? – AÇIQLAMA

Son günlər dünyanın gündəmi avtomobil idarə edən şəxslərin hansı hallarda xəstəliklərə yoluxacağı barədə xəbərlərlə çalxalanır. Bununla əlaqədar Avropalı alimlər bir sıra araşdırmalar aparıb. Müxtəlif versiyalar irəli sürülsə də, indiyə qədər hansısa elmi mənbəyi olan sübutlar ortaya qoyulmayıb. Tək sübut olunan məsələ uzun müddət oturaqlığın qan dövranına mənfi təsir yaratması və qan dövranının zəifləməsi ilə bağlıdır.
Avtosfer.az xəbər verir ki, aparılan araşdırmaların ilkin mərhələsi kimi, məhz hamilə qadınların isitməli oturacaqlardan zərər görmüəsi göstərilir. Bildirilir ki, isitməli oturacaqların uşaqlıq mioması xəstəliyinin yaranmasına başlanğıc verməsi sonradan daha ğır nəticələrə gətirib çıxara bilər.
Əvvəlcə oturacaqların isidilməsi texnikasınıə öyrənmək üçün mütəxəssisə müraciət etdik. Avtomobillər üzrə ekspert Elçin Abbasov Avtosfer.az-a açıqlamasında bildirdi ki, belə oturacaqların sadə isitmə mexanizmi mövcuddur:

“Bu oturacaqlar avtomobilin köhnə və yeni model olmasına görə fərqləndirilərək isitmə mexanizmi ilə təmin edilir. Əksər avtomobillərdə bu mexanizm spiraldan ibarət olur. Doğrudur, infraqırmızı şüalardan istifadə edilir, amma ultrabənövşəyi və s. kimi zərərli şüalar yoxdur. Yeni model avtomobillərdə isə bu spiral oturacağın aşağı hissəsində olur, oturacağın üst hissəsinə isitmə havalandırma vasitəsilə çatdırılır, bir növ fen kimi. Bu mexanizm adətən ventilyasiya kimi də istifadə oluna bilər”.
Ginekoloq Natavan Axundova isitmə mexanizmli oturacaqların qadınlarda xəstəlik yaradıb-yaratmaması məsələsinə münasibət bildirib. O qeyd edib ki, bu barədə geniş araşdırmalara rast gəlinməsə də məntiqi düşünərək bu mövzuya aydınlıq gətirmək olar:

“Xüsusilə, qızdırılan avtomobil oturacaqlarında uzun müddət vaxt keçirmək kiçik çanaq orqanlarında qan dövranında venoz durğunluğa səbəb olur. Bu baxımdan, miomaların böyümə ehtimalı, qadın cinsiyyət orqanında iltihablanmaya şərait yaradır. Ümumilikdə götürdükdə, bu cür oturacaqlar daxili cinsiyyət orqanında xroniki xəstəliklərin yaranmasına gətirib çıxarır. Digər tərəfdən, oturaq həyat tərzi gizli iltihablanmadan tutmuş, xroniki cinsi xəstəliklərə qədər bir çox problemlərə səbəb ola bilir”.
Səfər
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












