Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO

Nəqliyyat eksperti Rauf Ağamirzəyev sosial şəbəkə hesabında paylaşım edərək şəhərlərdə gündəlik xidmətlərin yaşayış məntəqələrinə yaxınlığının vacibliyini vurğulayıb. O bildirib ki, insanların yaşadıqları ərazilərdə market, aptek və ictimai nəqliyyat dayanacaqlarına piyada məsafəsində çıxış imkanları şəhər həyatının keyfiyyətinə birbaşa təsir edir.
Avtosfer.az xəbər verir ki, ekspert Fransanın paytaxtı Parisdə aparılan araşdırmaya əsasən, şəhər sakinlərinin 93 faizinin cəmi 5 dəqiqəlik piyada məsafəsində çörəkxanaya – “boulangerie”yə çata bildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, şəhərdə 1200-dən çox çörəkxana fəaliyyət göstərir və onların yerləşmə şəbəkəsi demək olar ki, bütün ərazini əhatə edir.

Rauf Ağamirzəyev vurğulayıb ki, bu göstəricilər şəhər planlaşdırılmasında əlçatanlıq prinsipinin nə qədər önəmli olduğunu açıq şəkildə nümayiş etdirir. Onun sözlərinə görə, gündəlik tələbat obyektləri yaşayış yerlərinə nə qədər yaxın yerləşərsə, insanlar daha çox piyada hərəkətə üstünlük verir, bu isə həm nəqliyyat yükünün azalmasına, həm də şəhər mühitinin daha canlı və rahat olmasına şərait yaradır.
Ekspert əlavə edib ki, müasir şəhərsalma yanaşmalarında əsas hədəflərdən biri də məhz “qısa məsafəli şəhər” modelinin tətbiqidir. Bu model çərçivəsində sakinlərin gündəlik ehtiyaclarını uzun məsafə qət etmədən qarşılaya bilməsi əsas prioritet kimi götürülür.
Eltac Zülfüqaroğlu
Radarların yerini gizlətmək fayda verəcəkmi? - ŞƏRH
Qəzaların azalması üçün maraqlı təklif: Radarlar gizlədilsin - VİDEO
Azərbaycanda gizli yol polisi yaradılmalıdır? – Mütəxəssisdən TƏKLİF - VİDEO
Sürücülər qanundakı boşluqdan istifadə edir - MÜTƏXƏSSİS - VİDEO
Bakıda əyri zolaqlar sürücülər üçün risk yaradır? - İZAH - VİDEO
Piyada keçidində ən böyük təhlükə nədir? - İZAH - VİDEO
Bakıda yeni standartlar tətbiq olunur – Pandus problemi həllini tapacaq? – Ekspert AÇIQLADI
Sarı-ağ "zebra"lar təhlükəsizliyi artırır? – ARAŞDIRMA
Minimum parklanma tələbi şəhərlərə nə vəd edir? – ARAŞDIRMA
Qəzaların qarşısını almaq üçün bu qaydaya əməl etməlisiniz - VİDEO
Yolun üzərindəki bu nişanlar nəyi bildirir? – Bakıda yeni TƏCRÜBƏ - FOTO










