Şəhərlərdə karbon emissiyasını azaltmaq üçün hansı addımlar atılmalıdır? - ARAŞDIRMA

Şəhər küçələrində mobilliyin artırılması təkcə nəqliyyat sıxlığının azaldılması ilə məhdudlaşmır, eyni zamanda ciddi sosial-iqtisadi və ekoloji üstünlüklər yaradır.
Avtosfer.az xəbər verir ki, aparılan beynəlxalq araşdırmalar göstərir ki, şəhərlərdə piyada infrastrukturuna yatırım həm ətraf mühitə, həm də ictimai sağlamlığa müsbət təsir edir.
Məsələn, London şəhərində aparılan hesablamalara görə, əgər hər bir məktəbli nəqliyyat vasitəsindən istifadə etmək əvəzinə gündə ən azı bir mil piyada hərəkət etsə, karbon qazı (CO₂) tullantılarında illik 57 kiloqrama qədər azalma mümkündür. Bu isə şəhər mühitində hava keyfiyyətinin yaxşılaşmasına əhəmiyyətli töhfə deməkdir.
Tədqiqatlar onu da göstərir ki, gündəlik piyada hərəkətinin adambaşına orta hesabla 20 dəqiqə artırılması erkən ölüm hallarının qarşısının alınmasında mühüm rol oynaya bilər. Hesablamalara əsasən, bu göstərici erkən ölüm riskinin təxminən 17 % azalmasına səbəb ola bilər. Bu isə səhiyyə xərclərinin azalması və əmək qabiliyyətinin qorunması baxımından ciddi sosial dividentlər yaradır.
Bundan əlavə, piyada infrastrukturunun, səkilərin, işıqlandırmanın, təhlükəsiz keçidlərin və ictimai məkanların, təkmilləşdirilməsi şəhər iqtisadiyyatına da müsbət təsir göstərir. Təcrübə göstərir ki, belə dəyişikliklərdən sonra boş kommersiya obyektlərinin payı 17 %-ə qədər azalıb. İnsan axınının artması kiçik və orta biznes üçün əlavə müştəri deməkdir.
Mütəxəssislər hesab edirlər ki, şəhərlərin gələcəyi yalnız avtomobillərin sayının artırılmasında deyil, piyada və velosiped yönümlü planlaşdırmada gizlidir. Bu yanaşma həm ekoloji tarazlığı qoruyur, həm də şəhərləri daha yaşanılan və təhlükəsiz edir.
Eltac Zülfüqaroğlu
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...












