Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO

Sığortası olmayan avtomobilin evakuator vasitəsilə təmir üçün ustaya aparılmasına görə sürücüyə cərimə yazılması suallar doğurur.
Bəs bu halda cərimə qanunidirmi?
Avtosfer.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Rüfət Əmiraslanov açıqlamasında bildirib ki, icbari sığortası olmayan avtomobilin yollarda idarə edilməsinə görə cərimə tətbiq olunması qanunvericilikdə nəzərdə tutulub. Lakin avtomobil evakuatorun üzərində daşınırsa, vəziyyət fərqlidir.
Ekspertin sözlərinə görə, xaricdən yeni gətirilən avtomobil gömrük və qeydiyyat prosedurlarından keçirildikdən sonra evakuatora yüklənərək təmir üçün ustaya aparıla bilər. Belə olan halda avtomobil hərəkətdə olan nəqliyyat vasitəsi kimi idarə edilmir.
Rüfət Əmiraslanov qeyd edib ki, avtomobil evakuator vasitəsilə daşınarkən onun icbari sığortasının olmamasına görə cərimə tətbiq edilməsi qanunla nəzərdə tutulmayıb.
Ekspert sürücülərə müraciət edərək bildirib ki, sığortasız avtomobili yolda idarə etməkdən çəkinmək lazımdır. Bununla yanaşı, avtomobilin evakuatorla daşınması ilə onun birbaşa yolda idarə olunması arasında fərq qoyulmalıdır.
Eltac Züflüqaroğlu
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO












