Sürücülər bu səhvləri təkrarlayaraq maşının mühərrikinə ziyan vurur - ARAŞDIRMA

Bir çox sürücülər gündəlik istifadə zamanı buraxdıqları sadə səhvlərin mühərrikə ciddi ziyan vura biləcəyindən xəbərsizdirlər.
Avtosfer.az xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm texniki xidmətə etinasızlıq və düzgün olmayan vərdişlər mühərrikin ömrünü qısaldan əsas amillərdəndir. Təmirlərin qarşısını almaq və avtomobilin xidmət müddətini uzatmaq üçün bu səhvlərdən xüsusilə qaçınılmalıdır.
Mütəxəssislər bildirirlər ki, mühərrikdə nasazlığa səbəb olan yayğın problemlərdən biri drossel klapanının düzgün və ya həddindən artıq təmizlənməsidir. Düzgün aparılmayan təmizləmə prosesi hava axınını poza və mühərrikin nizamsız işləməsinə gətirib çıxara bilər. Bu səbəbdən, prosedur yalnız zəruri olduqda və düzgün texnika ilə həyata keçirilməlidir.
Digər ciddi səhv isə istehsalçının tövsiyəsinə uyğun olmayan alışdırma şamlarından (sveça) istifadədir. Yanlış şamların quraşdırılması mühərrikin qeyri-sabit işləməsinə, performans itkisinə, alovlanma nasazlıqlarına və yanacaq sərfiyyatının artmasına səbəb olur.
Hava filtrinin vaxtında dəyişdirilməməsi də mühərrik üçün təhlükəli nəticələr yaradır. Filtr mühərrikə daxil olan havanı zərərli hissəciklərdən təmizləmək üçün vacibdir. Onun köhnəlməsi və ya uyğun olmayan filtrdən istifadə toz və kirin mühərrikə daxil olmasına, nəticədə ciddi və bahalı zədələnmələrə gətirib çıxara bilər.
Mühərrik yağının dəyişdirilməsi zamanı istehsalçının müəyyən etdiyi özlülük dərəcəsinə və texniki xüsusiyyətlərə əməl edilməməsi yağlamanın keyfiyyətini aşağı salır. Bu isə mühərrik hissələrinin daha sürətli aşınmasına, performansın zəifləməsinə və gələcəkdə bahalı təmir işlərinə səbəb olur.
Bundan başqa, aşağı keyfiyyətli yanacaqdan istifadə də ciddi problemlər yaradır. Keyfiyyətsiz yanacaq yanma kamerasında çöküntülərin yığılmasına, enjektorların çirklənməsinə və mühərrikin ümumi işləmə ritminin pozulmasına gətirib çıxarır. Buna görə də standartlara cavab verən yanacağın istifadəsi mühərrikin sağlam və stabil işləməsi üçün xüsusilə vacibdir.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












