Təkər ölçüsünü dəyişən sürücülərə xəbərdarlıq: Cərimə oluna bilərsiniz – VİDEO

Avtomobillərin təkər ölçülərinin dəyişdirilməsi sürücülər arasında tez-tez müzakirə olunan məsələlərdəndir. Xüsusilə zavod tərəfindən müəyyən edilən ölçülərdən fərqli şinlərdən istifadə edən sürücülər bunun inzibati məsuliyyət yaradıb-yaratmadığını bilməyə bilərlər.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov avtomobilin təkər ölçülərinin dəyişdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Ekspert bildirib ki, avtomobilin təkəri iki əsas hissədən – disk və şindən ibarətdir. Onun sözlərinə görə, disk ölçüsü ilə bağlı konkret qadağa müəyyən edilməsə də, şin ölçüsünün avtomobil istehsalçısının tövsiyələrinə uyğun olması vacibdir.
“Məlumat üçün qeyd edim ki, təkərin özü iki hissəyə bölünür: disk və şindən ibarətdir. Konkret diskin ölçüsü ilə bağlı heç bir qadağa yoxdur. Lakin şinin ölçüsü ilə bağlı zavodun tövsiyə etdiyi ölçülər var və onlardan istifadə etmək lazımdır. Əgər siz həmin ölçülərdən kənara çıxırsınızsa, buna görə sizə cərimə yazıla bilər”, – deyə Rüfət Əmiraslanov bildirib.
Ekspertin sözlərinə görə, sürücülər şin seçərkən yalnız avtomobilin xarici görünüşünü deyil, istehsalçının müəyyən etdiyi texniki göstəriciləri də nəzərə almalıdırlar. Ölçünün dəyişdirilməsi avtomobilin idarəetməsinə, yol ilə təmasına və digər texniki xüsusiyyətlərinə təsir göstərə bilər.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












