Tələbələr “gəlin maşını”nın qarşısını PUA ilə kəsdi - VİDEO

Türkiyənin Sakarya şəhərində 25 nəfərlik universitet tələbəsindən ibarət bir komanda TEKNOFEST texnologiya festivalı üçün hazırladıqları pilotsuz uçuş aparatı (PUA) ilə qeyri-adi bir nümayiş həyata keçiriblər.
Avtosfer.az xəbər verir ki, tələbələrin hazırladığı PUA, yoldan keçən gəlin avtomobilinin qarşısını kəsərək sürücünü dayanmağa məcbur edib. Gəlin maşını havada asılı qalan PUA-nın yaratdığı sürprizlə qarşılaşdıqda, ətrafdakılar bu mənzərəni maraqla izləyib.
Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda böyük marağa səbəb olub, izləyicilər həm tələbələrin texnologiyaya olan marağını, həm də bu hadisənin orijinal təqdimatını təqdir ediblər. Toy kortejinin qarşısını kəsmək adəti bir çox bölgədə yaşadılan ənənəvi zarafat olsa da bu dəfə onu yerdən deyil, göydən edilməsi sosial şəbəkə istifadəçilərini həm təəccübləndirib, həm də əyləndirib.
Hadisə ilə bağlı Sakarya Universitetinin tələbələri bildirib ki, məqsədləri həm hazırladıqları texnoloji layihəni nümayiş etdirmək, həm də bu anı unudulmaz etmək olub. Hazırlanan pilotsuz aparatın avtomatik uçuş sistemi və vizual sensorlarla təchiz olunduğu qeyd olunub.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












