Tullantıların atılması üçün əlverişli mühit şəhəri genişləndirir - EKSPERT

Şəhərlərdə ən bahalı resurslardan biri torpaq hesab olunur. Məhz buna görə müasir şəhərsalma siyasətində əsas prioritetlərdən biri məhdud şəhər məkanından mümkün qədər səmərəli istifadə etməkdir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu barədə sosial şəbəkə hesabında paylaşım edərək Bakı və Tbilisidə tullantıların idarə olunması sahəsində tətbiq olunan fərqli yanaşmalara diqqət çəkib.

Onun sözlərinə görə, Bakıda istifadə olunan ənənəvi yerüstü tullantı konteynerləri küçə və səki məkanının müəyyən hissəsini tutur. Bu sistemin qurulması və istismarı daha sadə olsa da, şəhər məkanından istifadənin səmərəliliyi baxımından bəzi məhdudiyyətlər yaradır.
Tbilisidə isə yeraltı tullantı konteynerləri sistemi tətbiq olunur. Bu modeldə küçə səthində yalnız tullantıların atılması üçün nəzərdə tutulan hissə görünür, konteynerin əsas tutumu isə yerin altında yerləşir. Nəticədə səki və küçə məkanı daha səmərəli istifadə olunur, piyadalar üçün hərəkət sahəsi genişlənir, yaşıllıq zolaqları, velosiped infrastrukturu və digər ictimai istifadə məkanları üçün əlavə imkan yaranır.
Rauf Ağamirzəyev bildirib ki, məsələ yalnız tullantı konteynerləri ilə məhdudlaşmır. Müasir şəhər idarəçiliyində əsas yanaşmalardan biri şəhər torpağının insan yönümlü məqsədlər üçün istifadəsidir.
Bahalı şəhər məkanı avtomobillərin uzunmüddətli saxlanılması, texniki qurğular və müxtəlif yardımçı funksiyalar üçün deyil, insanların rahat hərəkəti, istirahəti və ictimai fəaliyyətləri üçün nəzərdə tutulmalıdır.

Ekspert vurğulayıb ki, Tbilisidə ağıllı yeraltı tullantı konteynerlərinə edilən investisiyalar da məhz bu yanaşmanın nəticəsidir. Şəhərlər böyüdükcə və əhali sıxlığı artdıqca torpaq resurslarından daha səmərəli istifadə etmək zərurəti yaranır. Bu baxımdan, yeraltı və şaquli həllər gələcəyin şəhərləri üçün vacib istiqamətlərdən biri hesab olunur.
Şəhər məkanının hər kvadratmetri böyük iqtisadi və sosial dəyərə malikdir. Buna görə də şəhər planlaşdırılması zamanı yalnız nəqliyyat axını deyil, piyadaların rahatlığı, ictimai məkanların keyfiyyəti və şəhər mühitinin ümumi funksionallığı da əsas prioritetlər sırasında yer almalıdır.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












