Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO

Tunellərdə hərəkət zamanı sürücülərin diqqət etməli olduğu bir sıra vacib məqamlar var. Xüsusilə tunelə giriş zamanı görmə qabiliyyətinin qısa müddətə zəifləməsi, işıqlandırmadan düzgün istifadə edilməməsi və ötmə manevrləri qəza riskini artıra bilər.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov sürücülərə tunellərdə hərəkətlə bağlı bir sıra tövsiyələr verib.
Aqil Rəhimov bildirib ki, tunelə daxil olarkən sürücülər “qara divar” effekti ilə qarşılaşa bilərlər. Xüsusilə çöldə havanın işıqlı olduğu zaman tunelin girişində yaranan kəskin işıq fərqi sürücünün qarşıdakı yolu və nəqliyyat vasitələrini bir neçə saniyə ərzində tam görməsinə mane ola bilər.
“Tunellərə daxil olanda bizi “qara divar” sindromu gözləyir. Bayırda, xüsusilə işıqlı havadırsa, tunelin girişində qapqara bir divar görürük. Bu, bir-iki anlıq bizi çaşdıra bilər. Qarşıdakı avtomobilin işıqları yanmırsa, ona çırpılmamaq üçün sürəti bir qədər azaltmaq lazımdır”, – deyə məşqçi bildirib.
O, tunellərdə yaxın işıqlardan istifadənin vacibliyinə də diqqət çəkib. Aqil Rəhimovun sözlərinə görə, tunel kifayət qədər işıqlandırılsa belə, sürücü yaxın işıqları yandırmalıdır.
“Kiminsə ağlına gələ bilər ki, tunel işıqlandırılıbsa, yaxın işıqları yandırmağa nə ehtiyac var? İş orasındadır ki, tunelin işıqlandırılması qəfil sönə bilər. Bu hal qanunvericilikdə də nəzərə alınıb. Ona görə tunelə daxil olarkən mütləq yaxın işıqları yandırın”, – deyə o vurğulayıb.
Mütəxəssis xüsusilə yeni sürücülərə tunellərdə sağ zolaqla hərəkət etməyi tövsiyə edib. O bildirib ki, tuneldə sol zolaqlarda hərəkət edən sürücülərin sürəti artırması digər nəqliyyat vasitələri üçün təhlükə yarada bilər.
“Yeni sürənlərə məsləhətim budur ki, tuneldə sağ zolağı tutsunlar, sol zolaqlarda hərəkət etməsinlər. Bəzi sürücülər düşünürlər ki, tunellərdə radar yoxdur və buna görə sürəti artırırlar. Bu isə yeni sürücüləri çaşdıra və təhlükəli vəziyyət yarada bilər”, – deyə Aqil Rəhimov qeyd edib.
O, tunellərdə ötmə manevrinin də təhlükəli olduğunu bildirib və sürücüləri bu qaydaya ciddi əməl etməyə çağırıb:
“Tuneldə ötmək qadağandır. Bu, çox təhlükəli manevrdir. Çalışın, heç vaxt tuneldə ötmə etməyin. Radar olmasa belə, yol polisi tərəfindən qayda pozuntusu qeydə alına və sürücü məsuliyyətə cəlb oluna bilər”.
Aqil Rəhimov sonda sürücülərə müraciət edərək bildirib ki, tunellərdə yol hərəkəti qaydalarına riayət etmək həm qəza riskinin, həm də inzibati məsuliyyətə cəlb olunma ehtimalının qarşısını almağa kömək edir
“Özünüzü qoruyun, qanunun tələblərinə və təhlükəsiz sürücülük qaydalarına əməl edin. Bu halda qəzalardan və cərimələrdən uzaq ola bilərsiniz”, – deyə o əlavə edib.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












