Tüninq olunan hansı sükanlardan istifadəyə icazə var? – AÇIQLAMA - FOTO

Son zamanlar bəzi sürücülər avtomobiln sükanını fərqli görünüşə və ya idman üslubuna yaxınlaşdırmaq məqsədilə kəsik (altı düz) sükanla əvəz edirlər. Bu cür dəyişiklik vizual olaraq cəlbedici görünsə də, onun təhlükəsizlik, qanunvericilik və texniki baxımından doğura biləcəyi nəticələr müzakirə mövzusudur.
Avtomobilin sükanında dəyişiklik edərək onu kəsik sükanla əvəzləmək qanunidirmi? Bu halda nəqliyyat vasitəsini texniki baxışdan keçirmək mümkündürmü və belə bir dəyişiklik təhlükəsizlik baxımından risklidirmi?
Mövzu ilə bağlı radio aparıcısı Elgün Xıdırov Avtosfer.az-a açıqlamasında bildirib ki, maşında sükan çarxının əvəzlənməsi mümkündür:

“Amma sükan çarxına aid xüsusi tələblər olmasa da, onun ən azından sertifikasiyadan keçmiş şirkət tərəfindən istehsal olunması lazımdır. Əsas tələblər təhlükəsizliklə bağlıdır.
Burada dönmə bucağına baxmaq lazımdır ki, minik avtomobilinin, yəni ümumi yollarda istifadə olunan avtomobilin sükan çarxının dönməsi ən azı 2 dövrə yarım - 900 dərəcə və daha artıq dönmədir. Formula bolidlərində bu, 1 dövrədir. Yəni, 2 dövrə yarıma qarşı 1 dövrə qoyuruq.

Onların sükan çarxını gətirib minik avtomobilinin sükan çarxına qoymaq olmaz. Orada tamam başqa standartlar, başqa dönmə bucaqlarıdır. O baxımdan, sükan çarxının üstünü, altını kəsib təyyarə çarxı edim düşüncəsi həmin detalı yararsız hala salmaq deməkdir”.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












