Türkiyədəki "KADES" proqramının bənzəri ölkəmizdə yaradıla bilər? – İKT MÜTƏXƏSİSSİNDƏN AÇIQLAMA - FOTO

Türkiyədə qadınların təhlükəsizliyini təmin etmək və zorakılığa qarşı mübarizəni gücləndirmək məqsədilə "KADES" (Kadın Destek Uygulaması) adlı mobil proqram fəaliyyət göstərir.
Avtosfer.az xəbər verir ki, bu proqram qadınlara ani təhlükə zamanı dərhal hüquq-mühafizə orqanlarına xəbər vermək imkanı yaradır. Proqram sayəsində çox sayda qadın zorakılıq hallarından qurtulub və dəstək alıb.

Azərbaycanda da qadınlara dəstək mexanizmləri mövcuddur, lakin ölkədə bu sahədə vəziyyət necədir? Qadınlar təhlükə zamanı hansı addımlar atır, dövlət və qeyri-hökumət təşkilatları nə kimi dəstək göstərir?

Mövzu ilə bağlı İKT mütəxəssis Elvin Abbasov saytımıza açıqlamasında bildirib ki, Türkiyədə qadınlara qarşı zorakılıq və təhdid hallarında vətəndaşların polisə birbaşa müraciətinin çətinləşməsi səbəbilə Emniyet Genel Müdürlüğü tərəfindən “KADES” adlı mobil tətbiq istifadəyə verildi.
"Bu tətbiq qadınlara bir toxunuşla təhlükə siqnalı göndərmək imkanı yaradır. Belə yanaşma texnologiyanın vətəndaş təhlükəsizliyi naminə necə effektiv istifadə oluna biləcəyini nümayiş etdirir. Azərbaycanda isə bu istiqamətdə atılmış mühüm addımlardan biri “e-Polis” mobil tətbiqidir. Tətbiq daxilində SOS düyməsi mövcuddur, lakin bu düymə vasitəsilə sistem avtomatik siqnal ötürmür, istifadəçi təcili yardım üçün birbaşa Daxili İşlər Nazirliyinin çağrı mərkəzinə zəng edir. Yəni bu funksiya hazırda daha çox klassik zəng mexanizminə əsaslanır və real vaxtda siqnal və yer məlumatı kimi rəqəmsal inteqrasiya imkanları hələlik tətbiq olunmayıb".
Həmçinin Elvin Abbasov qeyd edib ki, bu cür sistemlərin effektivliyi yalnız onların texniki funksiyaları ilə deyil, həm də istifadəçi sayının artması və ictimai etimadla ölçülür.
"Ailədaxili təhdid və zorakılıq hallarının qarşısının alınması üçün belə tətbiqlərin funksional imkanlarının genişləndirilməsi, sürətli reaksiya mexanizmlərinin yaradılması və ictimai maarifləndirmənin gücləndirilməsi vacibdir. Beləliklə, texnologiya həssas qrupların təhlükəsizliyini təmin edən real bir müdafiə alətinə çevrilə bilər".

DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov saytımıza bildirib ki, Nazirlik tərəfindən istifadəyə verilən “E-polis” mobil tətbiqinin əsas məqsədi polis-vətəndaş münasibətlərində səffaflığın, operativliyin artırılması və vətəndaş yönümlü xidmətlərin təkmilləşdirilməsidir:
"Yəni vətəndaşlarımız əlavə vaxt sərf etmədən, heç bir yerə getmədən onlayn formada polisin rəqəmsallaşan xidmətlərindən istifadə edə bilərlər. Mobil tətbiq özündə bir çox xidmətləri birləşdirir. Tətbiq vasitəsilə vətəndaşlarımız məhkumluq, nəqliyyat vasitəsinin zədələnməsi, axtarışda olması və yüklü olması, icbari sığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciət edə, həmçinin onları rəqəmsal formada əldə edə bilərlər. Bununla yanaşı “E-polis” mobil tətbiqində sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, arayışlar və etibarnamələr kimi bölmələr də vətəndaşlarımızın xidmətindədir".
Elbrus İbrahimov qeyd edib ki, vətəndaşlarımızın işini daha da rahatlaşdırmaq üçün xidmətin digər sahələri üzrə də rəqəmsallaşma prosesi nəzərdə tutulub.
"Polisə olan inamın göstəricilərindən biri də “E-polis” mobil tətbiqinin istifadəyə verilməsindən qısa zaman keçməsinə baxmayaraq tətbiqdə qeydiyyatdan keçmiş ümumi istifadəçi sayı yarım milyondan çoxdur".
.jpg)
Fİdan
Bakı küçələrindəki velosiped zolaqları nə işə yarayır? – RƏSMİ STATİSTİKA
İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat şirkətləri gəlirlərini necə təmin edir? - ARAŞDIRMA
Bəziləri düşünür ki, qaydalara uyğun sürürsə, qəzada başqası günahkardır – MÜTƏXƏSSİS - VİDEO
Küçə və prospektləri düzgün planlaşdırılan şəhər təhlükəsizliyin təminatıdır - EKSPERT
Səkilərin olmaması şəhər həyatında hansı fəsadlara səbəb olur? – ARAŞDIRMA - FOTO
Avtomobil park etmək üçün bu 4 qaydaya əməl edilməlidir - MÜTƏXƏSSİS - VİDEO
Maşındakı bu konstruksiyalar yanacaq sərfiyyatını artırır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Bakıda fəaliyyət göstərən avtobusların sayı 2350-yə çatıb - EKSPERT
Maşında bu düymənin nə işə yaradığını bilirdiniz? - TÖVSİYƏ - FOTO
Maşından asılan bu aksesuara diqqət edin; əlavə xərc yarada bilər - TÖVSİYƏ
Piyadaların təhlükəsiz hərəkəti üçün ideal səki necə olmalıdır? - FOTO








