Yol kənarında dayanan piyadalar niyə sürücülər üçün risk yaradır? – VİDEO

Yolun kənarında dayanan piyadalar sürücülər üçün potensial risk yaradır. Belə hallarda sürücünün diqqətli davranması və mümkün təhlükəni əvvəlcədən qiymətləndirməsi vacibdir.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovun sözlərinə görə, yolun kənarında dayanan piyadanı hər an hərəkətə başlaya biləcək şəxs kimi qəbul etmək lazımdır.
O bildirib ki, sürücü belə vəziyyətlərdə diqqətini artırmalı, ayağını qaz pedalından çəkərək əyləcə hazır vəziyyətdə saxlamalıdır:
“Yolun kənarında dayanan piyada istənilən an yolu keçməyə cəhd göstərə bilər. Buna görə də sürücü həmin şəxsə yaxınlaşarkən vəziyyəti əvvəlcədən analiz etməli, sürəti yol şəraitinə uyğun azaltmalı və ayağını əyləc pedalına yaxın saxlamalıdır. Piyadanın yanından keçərkən əyləcə hazır olmaq vacibdir. Çünki bəzi hallarda piyadalar son anda hərəkət etməyə başlayırlar. Belə vəziyyətlərdə sürücünün reaksiyası nə qədər tez olarsa, qəzanın qarşısını almaq ehtimalı da bir o qədər yüksək olar”.
Yaşayış məntəqələrində, məktəb və dayanacaq yaxınlığında, həmçinin insanların sıx hərəkət etdiyi ərazilərdə ehtiyatlılıq daha da artırılmalıdır.
Mütəxəssis qeyd edib ki, sürücülər piyadaların davranışını dəqiq proqnozlaşdıra bilmədikləri üçün hər zaman ən riskli variantı nəzərə almalı, təhlükəsiz məsafə və sürət rejiminə əməl etməlidirlər.
Sürücünün bir neçə saniyəlik diqqəti və qabaqlayıcı davranışı həm insan həyatını qoruya, həm də ağır yol-nəqliyyat hadisələrinin qarşısını ala bilər. Bu baxımdan, yolun kənarında gözləyən piyadaya yaxınlaşarkən maksimum diqqətli olmaq və əyləcə hazır vəziyyətdə qalmaq tövsiyə edilir.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












