Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO

Son günlər havaların yağmurlu keçməsi səbəbilə ölkənin bir sıra əsas küçə və prospektlərində qəzaların sayı artıb. Dəfələrlə Dövlət Yol Polisi əməkdaşlarının çağırış və xəbərdarlıqlarına baxmayaraq, hələ də bəzi sürücülər yağıntılı havalara hələ də hazır olmadıqlarını bird aha göstəriblər.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial media hesablarında canlı yayım zamanı belə havalarda sürücülərin nə etməli olduqlarını diqqətə çatdırıb. O bildirib ki, bəzi sürücülər hələ də yay aylarının isti havalarına aludə olub payızın təhlükəsizlik tədbirlərinə riayət etməyin vacibliyinə biganə yanaşır:
“Təhlükəsizliyi unutmaq olmaz. Payız fəslində avtomobilə texniki qulluq mütləq lazımdır. Xüsusən avtomobilin radiatorunu su ilə işlətməyə meyilli sürücülər var ki, onlar bəzi məsələləri unutmamaladır. Su ilə işləyən radiatorun ömrü qısalır və şaxtalı havalarda onun donma təhlükəsi var. Antifrizdən istifadə etmək lazımdır. Xüsusilə təkərlərə diqqət etmək lazımdır. Bəzi sürücülər avtomobilin təkərlərini dəyişmək üçün müəssisələrə yaxınlaşanda təkərlərin artıq simlərinin çıxdığı görünür. Doğrudur, yol polisi təkər protektorları ilə bağlı məsələyə diqqət çəkmir, amma, mən əminəm ki, yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəzi insanlar maşın sürməməlidir. Çünki avtomobillərin təkərləri bərbad vəziyyətdədir”.
Daha ətraflı videomaterialda:
Səfər
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO












