Yol polisi sürət həddini aşan avtomobili arxadan çəkə bilər? - Qanun deyir ki... - VİDEO

Yolda hərəkət sürətini aşan sürücülər xüsusi texniki vasitələrlə nəzarətdə saxlanılır. Bu məqsədlə həm stasionar radar qurğuları, həm də patrul avtomobillərinin üzərində quraşdırılmış mobil radar sistemləri ilə cərimələr tətbiq edilir.
Stasionar radarlar yolun müəyyən hissəsində sabit şəkildə yerləşdirilir və hərəkət edən avtomobilləri əsasən ön tərəfdən çəkir.
Patrul avtomobillərinin üzərində quraşdırılmış radarlar isə daha çevik və funksionaldır. Bu radarlar avtomobilin hərəkət istiqamətindən asılı olaraq həm qarşıdan, həm də arxadan görüntü qeydə almaq imkanına malikdir. Yəni, sürücü sürət həddini aşdıqda, patrul maşınındakı radar avtomobilin arxasından da çəkiliş apara bilər.
Sürücülər arasında radarın arxadan çəkiliş aparması ilə bağlı müəyyən suallar yaranır. Məsələ ilə bağlı verilən suallara aydınlıq gətirmək üçün Avtosfer.az bildirir ki, mövcud qanunvericilikdə radarın avtomobili yalnız ön tərəfdən çəkməsi ilə bağlı hər hansı xüsusi bir müddəa yoxdur. Əsas məqam odur ki, sürət həddini aşma faktı təsdiqlənsin və dövlət qeydiyyat nişanı fotoşəkildə aydın şəkildə görünsün.
Nərmin
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO












