Yola paralel parklanan maşınlardan azı 1 metr uzaq keçmək lazımdır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO

Yol kənarında park edilmiş avtomobillər sürücülər üçün gözlənilməz təhlükə yarada bilər.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu barədə sürücülərə mühüm tövsiyələr verib.
Onun sözlərinə görə, sürücülər yolun sağında və ya solunda dayanan avtomobillərin yanından keçərkən ən azı 1–1,5 metr məsafə saxlamalıdırlar. Çünki bəzi hallarda avtomobil sahibləri qapıları qəfil və geniş şəkildə aça bilər ki, bu da hərəkətdə olan nəqliyyat vasitələri üçün ciddi təhlükə yaradır.
Svetoforlarda velosiped bölməsi – Polis cərimə yazmadıqca qayda pozanlar çoxalır - VİDEO
Aqil Rəhimov bildirib ki, yalnız məsafə saxlamaq kifayət etmir.
“Xüsusilə ön təkərləri sola çevrilmiş avtomobillər daha risklidir. Belə nəqliyyat vasitələri qəfil hərəkətə başlaya bilər. Bu səbəbdən həmin avtomobillərin yanından keçərkən sürətin azaldılması və ayağın tormoz üzərində saxlanılması tövsiyə olunur.
Əgər park edilmiş avtomobilin tormoz işıqları yanırsa, bu, sürücünün sükan arxasında olduğunu göstərə bilər və istənilən an tormuzu buraxaraq hərəkətə başlaya bilər. Bu cür hallarda diqqətli olmaq və mümkün riskləri əvvəlcədən qiymətləndirmək vacibdir”.
Aqil Rəhimov sürücüləri daha ehtiyatlı davranmağa, yol şəraitini düzgün analiz etməyə və öz təhlükəsizliklərini hər zaman ön planda saxlamağa çağırıb.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












