Yolda görünməyən təhlükə: "İnstinktiv manevr" nədir? – VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə "instinktiv manevr etmə" adlandırdığı təhlükəli davranış barədə xəbərdarlıq edib.
Avtosfer.az xəbər verir ki, bu hal xüsusilə iriölçülü nəqliyyat vasitələrinin, o cümlədən avtobusların hərəkəti zamanı tez-tez müşahidə olunur və qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Aqil Rəhimov bildirib ki, sürücülər qarşıdakı avtomobilin yolunda maneə olduğunu gördükdə onun zolaq dəyişəcəyini əvvəlcədən ehtimal etməlidirlər.
"Əgər avtobusun və ya digər avtomobilin qarşısında sağ zolaqda dayanmış və ya yavaş hərəkət edən nəqliyyat vasitəsi varsa, ehtiyatlı olmaq lazımdır. Belə vəziyyətdə sürəti artıraraq ötmə əməliyyatına başlamaq düzgün deyil. Çünki həmin sürücü dönmə siqnalını gec yandıraraq və ya ümumiyyətlə yandırmadan qəfil sizin zolağınıza keçə bilər", – deyə o bildirib.
Bu cür davranış "instinktiv manevr etmə" adlanır. Belə hallarda bəzi sürücülər güzgülərə baxmadan, arxadan gələn nəqliyyat vasitələrinin hərəkətinə əmin olmadan maneəni keçmək üçün dərhal zolaq dəyişirlər.
Məşqçi qeyd edib ki, təhlükəsiz sürücülüyün əsas prinsiplərindən biri digər hərəkət iştirakçılarının mümkün davranışını əvvəlcədən proqnozlaşdırmaqdır. Sürücü yalnız öz hərəkətinə deyil, ətrafdakı nəqliyyat vasitələrinin ehtimal olunan manevrlərinə də hazır olmalıdır.
Bu cür vəziyyətlərdə təhlükəsiz ara məsafəsinin saxlanılması, sürətin düzgün seçilməsi və ötmə qərarının tələsmədən verilməsi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına mühüm töhfə verir.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












