Yuxusuzluqdan əziyyət çəkənlər üçün VACİB XƏBƏRDARLIQ

Yuxu problemləri gün ərzində yorğunluq, diqqət dağınıqlığı və əhval dəyişikliklərinə səbəb ola bilər. Xüsusilə yuxusuzluq uzun müddət davam etdikdə bunun səbəbini araşdırmaq vacibdir.
Avtosfer.az xəbər verir ki, yuxu üzrə mütəxəssislərin fikrincə, yuxusuzluğa stress, nizamsız yuxu rejimi, axşam saatlarında uzun müddət telefon və digər ekranlardan istifadə, kofein qəbulu, narahatlıq və bəzi sağlamlıq problemləri səbəb ola bilər.
Ekspertlər yatmazdan əvvəl sakit mühit yaratmağı, hər gün mümkün qədər eyni saatlarda yatıb-durmağı və axşam saatlarında kofeinli içkilərin qəbulunu məhdudlaşdırmağı tövsiyə edirlər. Yataqda uzun müddət telefonla məşğul olmaq da yuxuya getməyi çətinləşdirə bilər.
Həkimlər bildirirlər ki, yuxusuzluq davamlı xarakter alırsa və gündəlik fəaliyyətə ciddi təsir göstərirsə, problemin səbəbini müəyyənləşdirmək üçün həkimə müraciət etmək lazımdır. Xüsusilə güclü xoruldama, gecə nəfəs almaqda çətinlik və ya gündüz həddindən artıq yuxululuq kimi hallar müşahidə edilirsə, mütəxəssis qiymətləndirməsi vacibdir.
Ekspertlər qeyd edirlər ki, yuxu dərmanlarını həkim məsləhəti olmadan qəbul etmək düzgün deyil. Davamlı yuxu probleminin müalicəsi onun səbəbindən asılıdır./sfera.az/
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












