Bakıda qaydaları pozub təhlükə yaradan bu sürücülər cərimələndi - VİDEO

Bakıda qayda pozaraq hərəkət iştirakçılarına təhlükə yaradan 3 sürücü cərimələnib. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a məlumat verilib. İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, kütləvi informasiya vasitələrində yayılmış qayda pozuntularının videolarına əməkdaşlarımız tərəfindən dərhal reaksiya verilir və onların barəsində qanunamüvafiq qaydada tədbir görülərək profilaktik söhbətlər aparılır: "Avtosfer.az saytında yayılmış görüntülərə də baxış keçirərkən sürücülərin qayda pozması öz təsdiqini tapıb. Belə ki, 99-TU-022 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü Bünyətov Orxan Zəbulla oğlu paytaxtın Mikayıl Müşviq küçəsində əks yola çıxıb axına qarşı hərəkət etdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində cərimələnib.10-TN-736 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü Dəmirov Tehran Qafur oğlu Binəqədi yolunda axına qarşı hərəkət edərək qsrşıdan gələn sürücülərə təhlükə yaratdığı üçün İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində cərimə edilib.O cümlədən, 01-AC-918 qeydiyyat nişanlı "İsuzu" markalı yük avtomobilinin sürücüsü Allahverdiyev Ağalar Yusub oğlu paytaxtın Zərifə Əliyeva küçəsində manevr qaydasını pozaraq qəza şəraiti yaratdığına görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilib".
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












