Banner

Bakı Şəhər İcra Hakimiyyəti XƏBƏRDARLIQ ETDİ - FOTO - YENİLƏNİB

Xəbərlər 26 Noyabr 2026 17:24
Bakı Şəhər İcra Hakimiyyəti XƏBƏRDARLIQ ETDİ - FOTO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

"Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin tarixi giriş qapısı bərpa edilərək əvvəlki yerinə quraşdırılıb".

Avtosfer.az xəbər verir ki, açıqlama Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilib.

Bildirilib ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin tarixi giriş qapısı orijinallığı və ilkin görünüşü qorunmaqla əvvəlki yerinə quraşdırılıb.

"Qeyd edək ki, 2025-ci ildə təsdiq edilmiş layihəyə əsasən, bərpa olunaraq yerinə quraşdırılan tarixi qapı 2026-cı ilin oktyabrında qanunsuz olaraq sökülərək şüşə konstruksiya ilə əvəz edilmişdi. Bundan əlavə, şüşə konstruksiyanın üzərinə taxta qapı görüntüsü yaradan vinil örtük vurulmuşdu.

26 noyabr 2026-cı il tarixində abidənin tarixi giriş qapısı öz yerinə quraşdırılıb. Həmçinin tarix-mədəniyyət abidələrinin qorunması haqqında qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati protokol tərtib edilib və cərimə tətbiq olunub" - deyə açıqlamada qeyd edilib.

***12:11
"Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin tarixi giriş qapısı bərpa edilərək əvvəlki yerinə quraşdırılır".

Avtosfer.az bildirir ki, bu açıqlama Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilib.

Qeyd olunub ki, qapının bərpası ilə bağlı layihə 2025-ci ilin may ayında Dövlət Xidmətinə təqdim edilib və qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq olunub:

"Qapı təsdiq edilmiş layihəyə əsasən bərpa edilib yerinə quraşdırılsa da, 2026-cı ilin oktyabr ayında onun sökülərək şüşə konstruksiya ilə əvəz edildiyi aşkar edilib.

Bununla bağlı binanın memarlıq kompozisiyasının tərkib hissəsi olan giriş qapısının qısa müddətdə əvvəlki yerinə qaytarılması tələb olunub.

Bu müddətdə isə şüşə konstruksiyanın üzərində müvəqqəti olaraq taxta qapı görüntüsü yaradan vinil örtük vurulub. Sözügedən fakt aşkar edildikdən sonra vinil örtük sökülsə də, iki gün əvvəl yenidən həmin örtüyün vurulduğu müəyyən edilib".

Məlumatda bildirilib ki, hazırda tarixi abidənin giriş qapısı Dövlət Xidməti tərəfindən orijinallığı və ilkin görünüşü qorunmaqla bərpa edilərək öz yerinə quraşdırılır. 

Eyni zamanda, qanunvericiliyin tələblərinin pozulması faktı ilə bağlı inzibati protokol tərtib olunub.

Bir neçə saat əvvəl isə Bakı Şəhər İcra Hakimiyyətindən verilən açıqlamada qeyd edilmişdi ki, qanunsuz dəyişikliklə bağlı obyektin tarixi giriş qapısının əvvəlki vəziyyətinə qaytarılması və binanın ilkin memarlıq görkəminin bərpası təmin edilib: "Eyni zamanda, sahibkara tarixi və mədəni irs nümunələrinə özbaşına müdaxilənin yolverilməzliyi izah olunub və gələcəkdə bu kimi halların təkrarlanmaması ilə bağlı rəsmi xəbərdarlıq edilib".

***11:39

Bir müddət əvvəl sosial şəbəkələrdə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə edilməsi ilə bağlı məlumat və görüntülər yayılmışdı. Belə ki, tarixi binanın birinci mərtəbəsində yerləşən giriş qapısının sökülərək müasir şüşə konstruksiya ilə əvəz edildiyi bildirilirdi.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qaydada araşdırma aparılıb. Araşdırma zamanı sosial şəbəkələrdə yayılan məlumatlar öz təsdiqini tapıb və tarixi memarlıq abidəsinə müdaxilə faktı müəyyən edilib.

Yoxlamanın nəticələrinə əsasən, qanunsuz dəyişikliklə bağlı obyektin tarixi giriş qapısının əvvəlki vəziyyətinə qaytarılması və binanın ilkin memarlıq görkəminin bərpa edilməsi təmin edilib. Eyni zamanda, sahibkara tarixi və mədəni irs nümunələrinə özbaşına müdaxilənin yolverilməzliyi izah olunub və gələcəkdə bu kimi halların təkrarlanmaması ilə bağlı rəsmi xəbərdarlıq edilib.

Bakı Şəhər İcra Hakimiyyəti bir daha diqqətə çatdırır ki, tarixi abidələrdə hər hansı təmir, yenidənqurma və ya dəyişiklik işləri müvafiq qanunvericiliyin tələblərinə və aidiyyəti qurumların razılığına uyğun həyata keçirilməlidir.

 

 

FOTO QALEREYA
Oxunub : 354
ŞƏRH YAZ
Ad

E-mail

Şərh