Banner

Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY

Qaydalar 26 Noyabr 2026 14:30
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
WhatsApp kanalımıza abunə olun

Sosial şəbəkələrdə avtoxuliqanlığın, yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının nümayiş etdirilməsi və bu davranışların təbliği cəmiyyətdə narahatlıq doğurur. Bəzi şəxslər hətta ictimai qınağa məruz qaldıqdan sonra belə əməllərindən əl çəkmir, əksinə, tənqidlərə təhqir və söyüşlə cavab verirlər.

Bəs niyə bəzi sürücülər cəzalardan nəticə çıxarmır və təhlükəli hərəkətlərini davam etdirirlər?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə müşahidə olunan bu tendensiyanın narahatedicidir:

“Bu cür əməllərə görə dəfələrlə həbs olunan, həyatında ciddi problemlərlə üzləşən insanlar olsa da, bəzi şəxslər baş verənlərdən nəticə çıxarmır və eyni hərəkətləri təkrar edirlər.

Ümumilikdə sosial şəbəkələrdə yaşanan bu tendensiya heç də yaxşı əlamət deyil. Ona görə ki, bu əməllərə görə dəfələrlə həbsə düşən, həyatına pis ləkə vuran insanlar var. Demək ki, bu, artıq psixoloji məsələdir, başqa bir mərhələdir. Bu insanlar öz pis əməllərindən imtina edə bilmirlər və yaxud da bu əməllər qarşısında aciz qalırlar.

Təbii ki, xüsusilə tanınmış insanların belə hərəkətlərə yol verməsi daha acınacaqlıdır. Qayda pozuntularını sosial şəbəkələrdə yayırlar, bununla fəxr edirlər. İctimai qınağa məruz qalanda isə söyüş və təhqirlə cavab verməyə başlayırlar.

Halbuki söyüş və təhqirə görə artıq Cinayət Məcəlləsində, eləcə də İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib. İnsanlar həbs olunur, məhkumluq həyatı yaşayırlar. Bu məsələlər zaman-zaman sosial şəbəkələrdə və media orqanlarında da paylaşılır ki, belə hərəkətlər cəzasız qalmır”.

Ekspert əlavə edib ki, Amma görürük ki, bəzi insanlar bundan nəticə çıxarmırlar:

“Hətta bəziləri deyir ki, mən bilmirdim, məsələn, söyüşə görə cəza var. Necə ola bilər ki, sən kimisə söyəsən və düşünəsən ki, buna görə sənə heç bir cəza verilməməlidir?

Belə yanaşmalar bizi ciddi şəkildə narahat edir. Çünki bu insanlar məsuliyyətlərini dərk etmirlər. Avtoxuliqanlığı, təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobil idarə etməyi, sükan arxasında mobil telefonla məşğul olmağı və bu kimi hərəkətləri təbliğ etmək lazım deyil.”

Eltac Zülfüqaroğlu

Oxunub : 212
ŞƏRH YAZ
Ad

E-mail

Şərh