Bakıda ögey atasından şiddət görən uşaq sığınacağa yerləşdirildi - YENİLƏNİB

"Ögey atasından şiddət gördüyü üçün evdən qaçan azyaşlının hüquqlarının müdafiəsi istiqamətində tədbirlər görülür".
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu qeyd edib.
O bildirib ki, sosial mediada yayılan məlumatla bağlı Dövlət Komitəsi əməkdaşları sığınacaqla əlaqə saxlayıblar, azyaşlının vəziyyəti ilə maraqlanılıb və fakt nəzarətə götürülüb:
"Uşağın zorakılığa məruz qalması ilə bağlı məlumatlar da diqqətdə saxlanılır, bu istiqamətdə müvafiq araşdırma və tədbirlər görülür. Hazırda azyaşlının təhlükəsizliyi, psixoloji vəziyyəti və ehtiyaclarının təmin olunması istiqamətində iş aparılır.
Uşağın təhsildən kənarda qalması ilə bağlı məsələnin həlli, təhsilinin bərpası və zəruri sənədləşmə işləri aidiyyəti qurumlarla birgə iş yerinə yetirilir".
***
Bakıda evdən qaçıb parkda gecələyən azyaşlı sığınacağa yerləşdirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova paylaşım edib.
Onun sözlərinə görə, uşaq ögey atasından şiddət gördüyü üçün evdən qaçıb.
"Uşağın atası həbs olunduqdan sonra anası yenidən ailə qurub. Bundan sonra o, çətin günlər yaşamağa başlayıb. Uşağın bildirdiyinə görə, atalığı onunla kobud davranıb və evdə yaşadığı münasibətlər zamanla dözülməz həddə çatıb. Sonuncu dəfə yaşadığı vəziyyətə dözə bilməyən uşaq gecə saatlarında evdən çıxaraq parka gedib və gecəni orada keçirib. Təsadüfən onu görən vətəndaşlardan biri dərhal polis əməkdaşlarına məlumat verib. Polis əməkdaşları azyaşlını xəstəxanaya yerləşdiriblər. Daha sonra uşaq uşaq sığınacağına aparılıb.
Məlumata görə, balacanın 7 aylıq, 1 yaş 7 aylıq, 4 yaşlı, 7 yaşlı və 12 yaşlı bacı-qardaşları var. Bundan əlavə, daha iki bacı-qardaşı doğuşdan sonra həyatını itirib.
Hazırda uşağın ən böyük arzusu sığınacaqda qalmaqdır. O, burada özünü təhlükəsiz hiss etdiyini bildirir və başqa yerə getmək istəmədiyini açıq şəkildə ifadə edir", - deyə Mehriban Zeynalova qeyd edib.
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT
Masazır dairəsində sürücülər boş zolaqdan istifadə edib yolu kəsirlər - VİDEO
Biləcəridə qırılan ağac yola düşdü - VİDEO
Müşfiqabadda heyvanlara qarşı vəhşilik bitmir: İti öldürüb zibilliyə atdılar - VİDEO
”Qış parkı”nın yaxınlığındakı sədd velosipedçiləri sürücülərdən gizlədir - VİDEO
Yeni Yasamalda sürücülər çuxura düşüb yollarına davam edirlər - VİDEO
Bakıda açıq dəlik velosiped sürücüsünü təhlükə ilə üz-üzə qoydu - VİDEO












