Banner

“Barselona” – “Sabah” matçında ölən azarkeş vəzifəli şəxs imiş

Hadisə 26 Noyabr 2026 15:24
“Barselona” – “Sabah” matçında ölən azarkeş vəzifəli şəxs imiş
WhatsApp kanalımıza abunə olun

“Sabah” - “Barselona” oyunu zaman ölən azarkeşlə bağlı yeni təfərrüat məlum olub.

Avtosfer.az “Bakuplus”a istinadən xəbər verir ki, rusiyalı azarkeş “Barselona”nın oyununu canlı izləmək arzusunu həyata keçirmək üçün Bakıya gəlibmiş.

39 yaşlı Anton Petrişev 11 yaşlı oğlu ilə matçı izləməyə gəlib. Oyunun ikinci hissəsində onun qəfil halı pisləşib, huşunu itirib və həkimlər gələnədək dünyasını dəyişib.

Məlumata görə, mərhum Krasnoyarsk diyarının İqarka şəhərindən olan biznesmendir.

Onun həyat yoldaşı və iki azyaşlı övladı qalıb. A.Petrişevin həmçinin Moskvanın “Lokomotiv” klubunun azarkeşi olduğu bildirilir.

Qeyd edək ki, azarkeşin ölümünə ürəktutma səbəb olub.

Oxunub : 170
ŞƏRH YAZ
Ad

E-mail

Şərh