Dayanma-durmaya görə cərimə sərtləşdirilir; bal da yazılacaq

Dayanma-durma qaydalarının pozulmasına görə tətbiq edilən cərimənin məbləğinin artırılması gözlənilir. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, son zamanlar yollarda yaranan tıxac hamını narahat edir. Aparılan təhlillər nəticəsində məlum olub ki, ikinci-üçüncü cərgədə, səkidə, piyada keçidlərinin yaxınlığında, avtobus dayanacaqlarında dayanma-durma qaydasını pozan sürücülər tıxacın yaranmasına birbaşa təsir göstərir. Bu səbəbdən də həmin qayda pozuntusunun ciddiliyi ilə tətbiq edilən cərimənin məbləği arasında tərs mütənasiblik var. Ona görə də ikinci-üçüncü cərgədə dayanaraq hərəkəti çətinləşdirən, yolları keçilməz edən sürücülərin məsuliyyətə cəlb edilməsi ilə bağlı tətbiq edilən cərimələrin artırılmasına yaxın vaxtlarda baxılacaq.
Əldə etdiyimiz məlumata görə, bu qayda pozuntusunu törədən sürücülər üçün yeni layihədə kifayət qədər ağır cərimələr olacaq. Eyni zamanda, dayanma-durma qaydalarının daha kobud şəkildə pozulmasına görə cərimə balı da tətbiq ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramında (2019-2023-cü illər) “Yol hərəkəti haqqında” qanunun yenilənməsi nəzərdə tutulur. Sözügedən yeniliklər yeni qanunda əksini tapacaq.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












