Teymur Məhərrəmov HƏBS OLUNDU

Bakıda 19 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri polisə daxil olan çoxsaylı şikayətlər əsasında həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, “T-Group” MMC-nin direktoru Teymur Məhərrəmov 1 milyon manata yaxın pul ələ keçirməkdə təqsirli bilinib.
İttihamda deyilir ki, şikət rəhbəri vətəndaşlara Qəbələ, Quba, Qax, Şamaxı, Xaçmaz rayonlarında ev, hovuz və istirahət guşəsi inşa etdirəcəyi barədə yalan vədlər verib.
Məsələn, o, Qubanın Qəçrəş kəndində ev tikdirmək üçün bir nəfərdən 150 min manat, Qaxın Qaxbaş kəndində tikinti üçün 96 min, Qəbələdə ev tikintisi üçün 82 min manat pul alıb. Məhərrəmov pulları ofisdə əlbəəl, bir hissəsini isə kart hesabına köçürmə yolu ilə əldə edib, amma verdiyi vədə əməl etməyərək aradan çıxıb.
.jpg)
Aldadılan çoxsaylı zərərçəkmişlər polis idarəsinə üz tutduqdan sonra Teymur Məhərrəmovun əməlləri ifşa edilib.
Şitkət rəhbərinin işini Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanova araşdırıb.
Çoxsaylı zərərçəkmişlərin və şahidlərin də ifadələri ilə təqsirləndirilən şəxsə verilmiş ittihamlar sübuta yetirilib.
Böyük məbləğdə pullar ittirən zərərçəkmişlər başlarına gələnləri bir-bir hakimə danışıb, pullarının qaytarılmasını istəyiblər. Əks halda zərərçəkənlər təqsirləndirilən şəxsin ağır cəzalandırılmasını istəyiblər.
Yekunda məhkəmənin hökmü ilə Teymur Məhərrəmov külli miqdarda dələduzluqda təqsirli bilinib, ona 7 il həbs cəzası verilib.
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT
Masazır dairəsində sürücülər boş zolaqdan istifadə edib yolu kəsirlər - VİDEO
Biləcəridə qırılan ağac yola düşdü - VİDEO
Müşfiqabadda heyvanlara qarşı vəhşilik bitmir: İti öldürüb zibilliyə atdılar - VİDEO
”Qış parkı”nın yaxınlığındakı sədd velosipedçiləri sürücülərdən gizlədir - VİDEO
Yeni Yasamalda sürücülər çuxura düşüb yollarına davam edirlər - VİDEO
Bakıda açıq dəlik velosiped sürücüsünü təhlükə ilə üz-üzə qoydu - VİDEO












