Banner

Təcili yardım maşınlarının sürücüləri təlimlərə cəlb edilməlidir – ELMƏDDİN MURADLI

Qaydalar 24 Noyabr 2026 17:45
Təcili yardım maşınlarının sürücüləri təlimlərə cəlb edilməlidir – ELMƏDDİN MURADLI
WhatsApp kanalımıza abunə olun

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Oqtay Gözəlovun təcili tibbi yardım maşınlarının (ambulans) hərəkəti ilə bağlı əmr imzaladığına dair məlumat yayılıb.

Avtosfer.az xəbər verir ki, əmrə əsasən, ambulanslar hərəkətdə olarkən sayrışan işıqlardan və xüsusi səs siqnallarından daim istifadə etməlidir. “Yol hərəkəti haqqında” Qanunun 48-ci və 74-cü maddələrinin tələblərinə əsasən, təcili tibbi yardım avtomobilləri xüsusi tapşırıqları yerinə yetirərkən üstün hərəkət rejimindən istifadə etmək üçün xüsusi işıq və səs siqnallarını qoşmalıdırla.

Xüsusi işıq və səs siqnallarından istifadənin əsas məqsədi təcili tibbi yardım briqadalarının çağırış ünvanlarına mümkün qədər qısa müddətdə və operativ şəkildə çatmasını təmin etməkdir. Bununla yanaşı, gecə və ya gündüz olmasından asılı olmayaraq, yüksək sürətlə hərəkət edən təcili tibbi yardım avtomobillərinin digər nəqliyyat vasitələrinin sürücüləri tərəfindən vaxtında fərq edilməsinə, onların hərəkət istiqaməti və yaxınlaşması barədə əvvəlcədən xəbərdar edilməsinə şərait yaratmaq, beləliklə, yol-nəqliyyat hadisələrinin və digər təhlükəli vəziyyətlərin qarşısını almaqdır.

Bu baxımdan, xüsusi işıq və səs siqnallarının istifadəsi yalnız operativliyin təmin edilməsi deyil, eyni zamanda həm təcili tibbi yardım briqadalarının, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Oqtay Gözəlov vətəndaşlardan təcili tibbi yardım xidmətinin təşkili zamanı, xüsusilə xüsusi işıq və səs siqnallarından istifadə ilə əlaqədar yarana biləcək narahatlığı anlayışla qarşılamalarını xahiş edib.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, adiyyəti qurum bu qərarı verməklə təcili yardım avtomobillərinin iştirakilə baş verən yol nəqliyyat hadisələrinin qarşısının alınmasına çalışır.

“Amma bundan daha zəruri addım təcili yardım sürücülərinin təlimlərə cəlb edilməsidir, sertifikatlaşdırılmasıdır və yol ərkəti qaydaları ilə bağlı daha müfəssəl məlumatlara yiyələnməsini təmin etməkdir. Çünki onların işə düzəlməsi, işə qəbul edilməsi prosesi barədə neqativ məlumatlar var, heç də xoş olmayan informasiyalar var.

Onlar hələ də dərk etmirlər ki, dövlətin onlara həvalə etdiyi, dəyəri yüz minlərlə manat olan bir nəqliyyat vasitəsini idarə edirlər. Bu, bir imicdir, dövlətin səhiyyə sisteminin güzgüsüdür. Onlar nə qədər diqqətli olsalar, nə qədər qaydalara uyğun hərəkət etsələr, bir o qədər mənzil başına sağ-salamat çatmış olarlar. Amma biz bəzən görürük ki, təcili yardım avtomobillərinin sürücüləri yol ərkəti qaydalarını kobud şəkildə pozurlar, zərurət olmadan qayda pozuntularına yol verirlə. İşıq və səs siqnallarından istifadə ilə bağlı isə yalnız onu tövsiyə edə bilərəm ki, Səhiyyə Nazirliyi bu barədə bir daha düşünsün. İşıq siqnallarından istifadə hər hansı bir problem yaratmır, amma səs siqnalları ilə bağlı ciddi əhalinin narazılığına səbəb olacaq naratlıq doğura bilir. Xüsusən gecə saatlarında lüzumsuz olaraq o səs siqnallarından istifadə etmək heç kimə lazım deyil.

Ekspert həmçinin təcili tibbi yardım avtomobilinin tibb müəssisəsinə boş qayıdarkən, içərisində heç bir xəstə olmadığı zamanlarda belə səs siqnalından istifadəsini qınayıb.

“Təcili yardım briqadası əgər çağırışdan qaydırsa və heç bir zərurət yoxdursa, maşın boş gedirsə, burada səs siqnalını qoşub vahimə yaratmağın nə mənası var? Mən burada bir zərurət görmürəm və düşünürəm ki, Nazirliyin rəhbərliyi bu məsələyə bir daha baxacaq, obyektiv qərar qəbul edəcək, o sürücüləri də boş-boşuna cərimələməyəcəklər. Mən özüm dəfələrlə TƏBİB-ə müraciət etmişəm, təkliflər də vermişəm ki, bu sürücülər təlimlərə cəlb olunmalıdır, bu sürücülərlə işləmək lazımdır. “Google” axtarış sistemində “təcili yardım qəza” yazırsan, adamın qarşısına elə bir mənzərə çıxır, adam dəhşətə gəlir ki, bu qədər axtamobili bu şəxslər niyə yararsız hala salıb ora-bura atırlar? Dövlət o avtomobilləri almaq üçün bu qədər pul xərcləyir, naşı sürücülərin əlinə bu maşınlar niyə verilsin? Məsələ budur, problem budur, bunlarla məşğul olmaq lazımdır, yoxsa səs siqnalı ilə problem həll eləmək mümkün deyil”.

Səfər

Oxunub : 50
ŞƏRH YAZ
Ad

E-mail

Şərh