Sola dönmək istəyən sürücü yolu kəsib qapını açdı - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan sürücü avtomobillərə maneə yaradıb. Onun hərəkətləri avtomobilə quraşdırılmış kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, 90-RB-164 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü dekabrın 3-də paytaxtın Binəqədi şossesində düzünə və sağa hərəkət təşkil edilmiş zolaqdan sola dönməyə çalışıb. Bu zaman o, arxadan gələn avtomobillərin yolunu kəsib. Səs siqnalı ilə ona edilən etirazdan qəzəblənən sürücü qəfil tormoz edərək dayanıb və avtomobilin qapısını açaraq nəsə demək istəyib.
Paytaxt yollarında belə sürücülərə tez-tez rast gəlmək olur. Zolaqlar üzrə hərəkət istiqaməti müəyyən edilən yerlərdə çəkilmiş oxlar üzrə hərəkət etmək vacibdir. Hətta asfalt üzərində hərəkət istiqamətini bildirən oxlar olmasa belə, sağa, sola və geriyə dönən sürücü öncədən müvafiq kənar vəziyyət seçməlidir ki, yolda digər sürücülərə mane olmasın. Onlar mane olmaqla yanaşı həm də sıxlığın yaranmasına səbəb olurlar.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












