Tıxacda "ara işləyən" sürücü 3 maşına qəza şəraiti yaratdı - VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 90-TY-785 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü noyabrın 29-da paytaxtın Babək prospektində sıxlıq zamanı bir neçə dəfə manevr qaydasını pozub. Belə ki, bütöv xəttin tələbini pozan sürücü sol zolağa keçən zaman öncə görüntünü qeydə alan sürücüyə təhlükə yaradıb. Sonra təhlükəsizlik adacığının üzərinə çıxaraq geriyə dönən avtomobilin qarşısını kəsib, daha sonra sürətini artıraraq qarşıdakı maşınları sağdan-soldan ötən zaman onlara qəza şəraiti yaradıb.
Çox təəssüf ki, yolda sıxlıq yaranan zaman digərlərindən fərqlənməyə çalışan, növbəsini gözləməyən sürücülərlə tez-tez rastlaşırıq. İrad bildirdikdə isə "mən tələsirəm" deyərək özlərinə haqq qazandırırlar. Sanki hamı gəzməyə gedir, bir bu sürücü vacib işi var.
Lakin qəbul etmək lazımdır ki, yolları qan gölünə çevirənlər məhz həmin "tələsən" sürücülərdir.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












