Yol polisi olmayan bu küçədə sürücülər əks yola çıxır - VİDEO

Bakıda kütləvi şəkildə qayda pozan sürücülər kameraya düşüb. Avtoser.az xəbər verir ki, hadisə paytaxtın Əhməd Rəcəbli küçəsində qeydə alınıb. Belə ki, noyabrın 26-da sözügedən küçədə hərəkət edən 90-KU-371 qeydiyyat nişanlı “Hyundai” markalı, 10-AL-020 qeydiyyat nişanlı “Jeep” markalı, 99-FX-699 qeydiyyat nişanlı “Mitsubishi” markalı, 99-TV-959 qeydiyyat nişanlı “BMW” markalı, 99-CF-279 qeydiyyat nişanlı “Chevrolet” markalı, o cümlədən noyabrın 29-da 99-KJ-255 qeydiyat nişanlı “Mitsubishi” markalı avtomobillərin sürücüləri qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıblar. Onlar axına qarşı hərəkət edərək qarşıdan gələn sürücülərin yolunu kəsiblər.
Qeyd edək ki, görüntülər səhər saatlarında qeydə alınıb. Videonu qeydə alan sürücünün sözlərinə görə hər gün səhər saatlarında sürücülərin əks yola çıxaraq kobud şəkildə qayda pozmaları müşahidə edilir. Amma təəssüf ki, ərazidə yol polisi əməkdaşları gözə görünmür.
Ümid edirik ki, həmin sürücülərin məsuliyyətə cəlb edilməsi ilə bağlı əraziyə yol polisi əməkdaşları cəlb ediləcək.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












