Yol polisi Bakıda "protiv" gedən 14 sürücünü cərimələdi - VİDEO

Bakıda əks yola çıxan 14 sürücü cərimələnib. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, Avtosfer.az saytında sürücülərin qayda pozuntularına dair yayılmış görüntülər tərəfimizdən araşdırılıb. Belə ki, paytaxtın Yasamal rayonu Əsəd Əhmədov küçəsində qoşa xəttin tələbini pozaraq əks yola çıxan 99-UZ-265, 99-ZV-298, 99-CD-760, 99-ZY-980, 99-CN-965 qeydiyyat nişanlı avtomobillərin sürücüləri, eləcə də paytaxtın Binəqədi rayonu DSK yolunda bütöv xəttin tələbini pozaraq əks yola çıxan 01-BP-014, 99-CU-617, 99-SC-819, 10-BN-077, 99-AR-122 , 99-MF-654, 77-PC-542, 99-JP-834, 77-BP-620 qeydiyyat nişanlı avtomobillərin sürücüləri törətdikləri xətaya uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunublar.
Yolda hərəkət edən zaman nəzarət kameralarının və yol polisi əməkdaşlarının olmadığı ərazilərdə sürücüləri qayda pozmamağa səsləyirik. Düşünməyin ki, sizin qayda pozuntunuzu heç kim görmür və bu səbəbdən məsuliyyətdən kənarda qalırsınız. Avtomobillərə quraşdırılmış kameralara qayda pozuntuları qeyd olunur və həmin görüntülər mütəmadi olaraq Avtosfer.az saytında dərc olunur. Yayılan həmin görüntüləri isə Dövlət Yol Polisi əməkdaşları daim diqqət mərkəzində saxlayaraq sürücüləri məsuliyyətə cəlb edir və onları intizamlı olmağa dəvət edir.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












