Ağstafada ağır qəza: 1 ölü, 4 yaralı

Ağstafada bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayonu Daş Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “KİA” markalı avtomobillə “VAZ 21011”in toqquşması nəticəsində “VAZ”ın sürücüsü, Ağstafa rayon Sağ Kəsəmən kənd sakini 1958-ci il təvəllüdlü Qabil Talıbov hadisə yerində ölüb, onun həmkəndlisi, sərnişin 1988-ci il təvəllüdlü Mahmud İbrahimov və “KİA” nın sərnişinləri Qazax rayon Kommuna kənd sakinləri 1992-ci il təvəllüdlü Gülnar Cəlilova, 1980-ci il təvəllüdlü Səyalı Mirzəliyeva və 1974-cü il təvəllüdlü Vəfagül Mirzəliyeva müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










