İran Hörmüz boğazının açılması üçün şərtini səsləndirdi

"ABŞ hökuməti Tehranın irəli sürdüyü yeddi şərti qəbul etməyənədək Hörmüz boğazı açılmayacaq".
Avtosfer.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi "Press TV" telekanalına müsahibəsində bildirib.
"Amerikalılar bizimlə üç kanal vasitəsilə əlaqə saxlamağa çalışıblar: İraq, Pakistan və Qətər. ABŞ şərtlərimizə reaksiya verib və bəzilərini qəbul edib, lakin qalan şərtlərə münasibəti qeyri-müəyyən olub", - deyə Rzayi bildirib.
O əlavə edib ki, İran ABŞ ilə hər dəfə danışıqlar masasına əyləşəndə ölkəyə hücum edilib. Tehran bunu Vaşinqtonun "açıq xəyanəti" hesab edir.
"Biz Hörmüz boğazına nəzarəti saxlayacaq və bundan iqtisadi fayda əldə edəcəyik. Təcrübəmiz göstərir ki, İran boğaza nəzarət etməsə, bütün Fars körfəzinin təhlükəsizliyi təhdid altında qalacaq", - deyə Rzayi vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrandakı obyektlərə zərbələr endirməyə başlayıb, İran tərəfi isə buna cavab olaraq hücumlar həyata keçirib. İyunun ortalarında Tehran və Vaşinqton hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalayıb, lakin sonradan tərəflər yenidən bir-birinə zərbələr endiriblər. Hazırda münaqişə həll olunmamış qalır.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












