Ağsuda "Isuzu" qəzaya uğradı: Yaralı sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ - VİDEO - YENİLƏNİB

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 29-da saat 13:50-də iki nəfər (kişi) Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxslərin müalicələri hazırda müvafiq şöbələrdə davam etdirilir", - deyə məlumatda vurğulanıb./oxu.az
***15:36
Bakı-Şamax-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Isuzu" markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarına aşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1994-cü il təvəllüdlü Kamran Arif oğlu Xəlilovu xilas ediblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Keçən il Azərbaycanda hər gün təxminən 2 nəfər qəzada ölüb - EKSPERT - FOTOSESSİYA
Hövsanda idarəetmədən çıxan “BMW” dərəyə yuvarlandı - VİDEO
Xaçmazda minik avtomobili lokomotivlə toqquşdu - FOTO - YENİLƏNİB
Yevlaxda avtomobil aşdı - 10 yaşlı qız öldü - FOTO - YENİLƏNİB
Xaçmazda iki avtomobil toqquşdu - SÜRÜCÜLƏR ÖLDÜ
Elşad Hacıyev yol qəzalarından danışıb səbəbləri AÇIQLADI - VİDEO
Ali Məhkəmədən ŞOK QƏRAR - Piyada ölümünə görə sürücüyə verilən bəraət hökmü ləğv edildi
Bakıda idarəetmədən çıxan “Nissan” dairəyə düşdü - VİDEO
Qazinin öldüyü hadisə ilə bağlı - Yeni detallar
Yuxulu sürücü maşını yük avtomobilinə çırpdı - DYP-dən VİDEO
Yolayrıcında qəza baş verdi; svetofor və digər qurğular yararsız hala düşdü - VİDEO








